Bu gün hava necə olacaq?

post-img

Mayın 6-da

Bakıda və Abşeron yarımada­sında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olu­nacaq. Gecə 10-15°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sü­tunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordu­bad, Sədərək, Şahbuz və Şərur ra­yonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 6-11°, gündüz 21-26° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7°, gündüz 7-12°, bəzi yerlərdə 15-18° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəl­bəcər, Qubadlı, Laçın, Zəngilan ra­yonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə arabir ya­ğıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7°, gündüz 7-12°, bəzi yerlərdə 16-20° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağ­mursuz keçəcək. Lakin gündüz bəzi yer­lərdə qısamüddətli yağıntılı olacağı göz­lənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxaca­ğı, dolu düşəcəyi ehtimalı var. Bəzi yer­lərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 7-12, gündüz 20-24° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingə­çevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düz dağlıq ərazilərdə arabir yağış yağa­cağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb külə­yi əsəcək. Gecə 7-12°, gündüz 17-22°, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kür­dəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçə­cək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 9-14°, gündüz 21-26° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düz dağlıq ərazilərdə qısamüddətli az ya­ğış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 9-14°, gündüz 19-24°, dağlarda gecə 7-10°, gündüz 15-19° isti olacaq. 

 

Ekologiya