Çuğundur nələrə xeyirdir?

post-img

Çuğunduru normal miqdarda hər gün də yemək olar. Bu tərəvəzin tərkibi antioksidantlarla, eləcə də sağlamlıq üçün vacib olan kalsium, fosfor, kalium, dəmir, sink kimi minerallar və B1, B2, B6 və C vitaminləri ilə zəngindir. 

Bundan başqa, çuğundur orqanizmin sağlamlığını möh­kəmləndirən bir çox xassələrə malikdir. Yüksək qan təzyiqi za­manı kömək edir. Antioksidant tə­sirinə malik flavonoidlə–betanin­lə zəngindir. Betanin ürək-damar sistemini dəstəkləyir və kardioloji xəstəliklərin qarşısını ala bilir. 

Çuğundur şirəsindən istifadə arterial təzyiqin aşağı düşməsinə kömək edir, beyinin fəaliyyətini yaxşılaşdırır. Nitrat maddələ­ri ilə zəngindir və bu maddələr orqanizmdə azot oksidinə çev­rilir. Azot oksidinin təsiri altında damarları o cümlədən baş-be­yindəki damarlar “yumşalır” və genişlənir, bu da oksigen və bəs­ləyici maddələrin nəqlinin yaxşı­laşmasını təmin edir. Nəticədə diqqətin cəmləşməsi, beyinin di­gər funksiyaları yaxşılaşır.

Çuğundurun tərkibindəki be­tanin həm yüksək qan təzyiqi zamanı kömək edir, həm də qaraciyərə yaxşı təsir göstərir. Məsələn, onun təsiri nəticəsin­də qaraciyərdə piyin toplanması azalır, onun fəaliyyəti aktivləşir, xolesterinin səviyyəsi aşağı dü­şür. Həzm prosesini stimullaşdı­rır. 

Z. HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat