Siyəzəndə torpaq sürüşməsi

post-img

Dünən Siyəzən rayonunun Sədan kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evlə­ri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsə­dilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.

“Xalq qəzeti”

Son xəbərlər