Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Qazaxıstanın Atırau Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd ATU-nun rektoru Yaşar Ömərov və Atırau Universitetinin rektoru Salamat İdrissov tərəfindən Qazaxıstanın Atırau şəhərində keçirilən Xəzəryanı universitetlərin Baş Assambleyası çərçivəsində rəsmiləşdirilib.
Memorandum iki ali təhsil müəssisəsi arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını və innovasiya ilə texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Bu əməkdaşlıq ATU və Atırau Universitetinin qarşılıqlı təcrübə mübadiləsi və beynəlxalq əlaqələrinin inkişafında mühüm addımdır.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə