Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub

post-img

2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “X” sosial şəbəkəsində yazıb.

“Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir. Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm”, - nazir qeyd edib.

Rizvan FIKRƏTOĞLU
XQ

Təhsil