Bakı Təşəbbüs Qrupu ilə Bonayre adasının QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanıb

post-img

Xəbər verdiyimiz kimi, Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyəti Bakıda səfərdədir. Bonayre adasının rəhbərliyi adanın "G24" layihəsinə əlavə edilməsi üçün BMT-yə oktyabr ayında qətnamə təqdim etməyi planlaşdırır. Nümayəndə heyətinin Azərbaycana səfərdə məqsədi kolonializmdən əziyyət çəkən ölkə və xalqların azadlıq mübarizəsini dəstəkləyən BTQ ilə əməkdaşlıq etməkdir.

Avqustun 23-də Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının vətəndaş cəmiyyəti təşkilatları ilə Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənədi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, Bonayre adasının nümayəndə heyətinin üzvü, Boner Dəyişim Hərəkatının yaradıcısı Ceyms Finis və Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar imzalayıblar.

Siyasət