ATMU-da Karyera günü

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin dəstəyi və “Holiday İnn Baku Hoteli”-nin təşkilatçılığı ilə adıkeçən ali təhsil müəssisəsində Karyera günü keçirilib. 

“Holiday İnn Baku Hoteli”-nin İnsan resurları şöbəsinin mütəxəssisi Nabat Qədimova və koordinator Murad Sultanov tərəfindən iştirakçı tələbə və məzunlara müvafiq vakansiyalar təqdim olunub. Tədbir çərçivəsində tələbə və məzunların CV-ləri qəbul edilib və uyğun namizədlər növbəti mərhələdə iştirak hüququ qazanıblar .

Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat xidmətindən bildiriblər ki, təşkil olunan Karyera günündə “Holiday İnn Baku Hoteli”-nin “Front Office”, “Food & Beverage”, “Housekeeping”, “Kitchen”, “Finance” və s. şöbələri üzrə təqdim olunan vakansiyalara təxminən 40 nəfər tələbə və məzun müraciət edib. 

Z.HÜSEYNOVA
XQ



Təhsil