Venera saat əqrəbi istiqamətində hərəkət edən yeganə planetdir. Elm adamları bunun niyə baş verdiyinə dair bir çox versiyaya malikdirlər.
Ən çox ehtimal olunan budur ki, planet keçmişdə onun kursuna təsir edən hansısa nəhəng asteroidlərlə toqquşub və ya atmosferin yuxarı hissəsində hava cərəyanlarının güclü dövranı səbəbindən fırlanma istiqaməti dəyişib.
Merkuridən sonra Venera Günəşə ən yaxın planetdir. Eyni zamanda, o, Günəş və Aydan sonra Yerdən ən aydın və ən parlaq görünən planet kimi seçilir. Antik Romada məhəbbət və gözəllik ilahəsi Veneranın adını daşıyan planet, demək olar ki, Yerlə eyni ölçüdə və kütlədədir. Bu səbəbdən Venera Yerin “əkiz bacısı” kimi də tanınır.
XQ

