Su qripi zəiflədir

post-img

Qrip və soyuqdəymə zamanı sağalmağa dərmanla yanaşı, su müalicəsi də köməyə gəlir. Terapevt Svetlana Burnatskaya möv­sümi yoluxucu infeksiyalar zamanı çoxlu su içməyi tövsiyə edib.

O bildirib ki, qripin müalicəsi zamanı qələvi tərkibli mineral su içmək vacibdir. Yo­luxmanın ilk günlərində belə su içmək xəstə­liyin ağırlaşmasının qarşısını alır. Belə ki, vi­ruslar qələvi mühitdə dözümlü olmadığından orqanizmdə turşu-qələvi mühiti tənzimlənir. 

Araşdırmalarla qripə, eləcə də müxtəlif xəstəliklərə qarşı insan orqanizmini möhkəm­ləndirən, immuniteti gücləndirən 2 – C və D vitamininin təsirli olduğu sübut edilib. 

Kim mövsümdə tez-tez soyuqlayır, qrip olur, xəstələnirsə, D vitamini qəbul etmək tövsiyə edilir. Eləcə də C vitamininin qəbulu qripin profilaktikası üçün çox vacibdir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat