Leysan, şimşək, dolu...

post-img

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava­nın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağa­cağı gözlənilir. Qısamüddətli leysan xa­rakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Müla­yim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Q.QƏZƏNFƏR
XQ

Ekologiya