200-ə yaxın Azərbaycan vətəndaşı Yaxın Şərqdən Bakıya təxliyə olunub

post-img

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar bölgədə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalmış Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Omanın Maskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.

XQ xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Maskat–Bakı marşrutu üzrə hərəkət edən "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reyslə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qayıdıb.

N.Adilqızı
XQ

 

Sosial həyat