Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Bayramov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XQ xəbər verir ki, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib, veteranları maraqlandıran təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra Nazirliyin Aparatının Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov da iştirak edib.

