Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid övladları ilə görüşüb.
Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Bu gün işğaldan azad edilən torpaqlarımızın hər birində geniş quruculuq işləri aparılır. Bütün bunlar Vətən müharibəsində mətanətlə döyüşmüş şəhid və qazilərimizin hünəri, qəhrəmanlıqları sayəsində əldə olunub. Şəhidlərin əmanətlərini göz bəbəyi kimi qorumaq xalqımızın mənəvi borcudur. Dövlətimiz bundan sonra da şəhid ailələrinə diqqət və qayğısını əsirgəməyəcək.
Fuad Nəcəfli yeni başlamış tədris ilində uşaqlara yaxşı təhsil almağı, atalarının öz qanları ilə əmanət qoyub getdikləri doğma Vətənin gələcəyi naminə layiqli vətəndaş kimi böyüməyi tövsiyə edib.
Səmimi keçən görüşdə şəhid övladları Vətənə və şanlı zəfərimizə həsr olunmuş şeirlər söyləyiblər. Sonda hədiyyələr təqdim edilib.
Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri