Bu günlərdə Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının təşkil etdiyi 5-ci Merlər Forumunda Azərbaycanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev təmsil edib.
Soydaşımız beynəlxalq təşkilatların və ekspertlərin iştirakı ilə şəhərlərin dayanıqlı inkişafı, ekoloji davamlılıq, yaşayış mühitinin yaxşılaşdırılması və şəhər idarəçiliyinin müasir modelləri mövzularında keçirilən müzakirələrdə və fikir mübadiləsində iştirak edib, Azərbaycanın şəhər təsərrüfatının modernləşdirilməsi sahəsində əldə edilən uğurlar barədə məlumat verib.
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov da forumda iştirak edib.
Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri