“Əl çirki”, yoxsa “nemətlər açarı?”

post-img

Qazanırıq, ödəyirik, köçürürük, qənaət edirik. Əslində, pul barəsində heç də hər şeyi bilmirik. Babalarımızın “əl çirki” adlandırdığı bu “nemətlər açarı” barədə bir neçə heyrətamiz faktı diqqətinizə çatdırırıq.

1. Qədim dövrlərdə ödəniş kimi mirvari, qabıq, mal-qara, taxıl, balıq, xəz və digər qiymətli əşyalar qəbul edilirdi.

2. Əskinaslar infeksiyalar üçün yuvadır. Alimlərin fikrincə, dünya pullarının 94 faizi bakteriyalarla çirklənmişdir. Oksford Universitetinin tədqiqatçıları bir neçə valyuta nümunəsini mikroblara qarşı sınaqdan keçiriblər. Onlar 100 yuan əskinasda 180  mindən çox bakteriya aşkar ediblər. Nisbətən “təmiz” əskinas avro hesab edilə bilər – 11.000 bakteriya.

3. Kağız əskinasların istifadə müddəti 3–5 ildir.

4. 100 dollarlıq əskinaslardan ibarət bir milyon Amerika dolları, təxminən, 10 kiloqram ağırlığındadır. 100 dollardan başqa, bütün dollar əskinaslarında keçmiş prezidentlərin şəkilləri var. Bu nominalı əskinasda Benjamin ­Franklinin şəkli var və o, heç vaxt Amerikanın prezidenti olmayıb.

P.ƏFƏNDİ 
XQ

 

Sosial həyat