Ən sürətli internet

post-img

Çin saniyədə 1,2 terabit məlumat ötürmə sürətini təmin edən yeni fiber-optik internet kabelini istifadəyə verib. Bu, bir saniyədə 150 HD filmin ötürülməsinə bərabərdir.

Uzunluğu üç min kilometrdən çox olan kabel ölkənin Pekin, Uhan və Quançjou şəhərlərini birləşdirir. Layihəni Çinin aparıcı təşkilatları, o cümlədən Tsinhua Universiteti, “China Mobile”, “Huawei Technologies” və “Cernet Corporation” icra edib.

Qeyd olunur ki, Çin kabeli amerikalı rəqiblərindən on dəfəyə qədər sürətlidir. Kabel Çinin “Cernet” layihəsinin bir hissəsidir və ölkənin təhsil və elm mərkəzləri arasında yüksəksürətli internet əlaqələrinin yaradılmasına yönəlib. 

XQ

 

Dünya