Uçan bərə-gəmilər

post-img

2024-cü ilin yayından etibarən Stokholmda sərnişinlər üçün yeni tipli elektrikli bərə-gəmilər istismara veriləcək.

Sınaq yoxlamalarında bərənin sürəti saatda 30 kilometrə çatdırıldıqda, bərə-gəmi suyun səthindən korpusun altında yerləşdirilmiş aerodinamik profilə keçid edir.

Bərə-gəmi, təxminən, 1,5 metr hündürlüyə qalxır, buna görə də, su ilə təmas sıfıra enir. Bu, onun çalışması üçün tələb olunan enerjinin miqdarını azaldır, üstəlik, tamamilə səssiz işləyir.

Qarşıdakı iyulda isə Ekeryö adası və Stokholmun mərkəzi arasında saatda 33 kilometr sürətlə işləyəcək pilot marşrut işə salınacaq. Beləliklə, 55 dəqiqə davam edən reysin vaxtı cəmi 25 dəqiqəyə enəcək.

XQ

 

Dünya