Parisdə AXC qurucuları yad edilib

post-img

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin diplomatları Sən-Klu qəbiristanlığında dəfn olunmuş Cümhuriyyət qurucularının xatirəsini yad ediblər. 

Parisdəki diplomatlarımız Paris Sülh Konfran­sına qatılmış, sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının məzarlarını ziyarət ediblər. 

Səfir Leyla Abdullayeva və daimi nümayən­də Elman Abdullayev Xalq Cümhuriyyəti parla­mentinin, eləcə də Paris Sülh Konfransına qatıl­mış nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşov, milli hökumətin rəsmi qəzeti “Azərbay­can”nın naşiri, məşhur bəstəkar Üzeyir Hacıbəyli­nin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin məzarları üzərinə əklil qoyublar. Qeyd olunub ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xalq Cümhuriyyətinin quru­cularının əsas məqsədi bu gənc demokratik ölkəni dünyaya tanıtmaq olub. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Sosial həyat