Oğurluq əməlləri ilə bağlı keçirilən əməliyyatlarda şübhəlilər saxlanılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Paytaxtın Nəsimi rayonunda zərərçəkən polisə müraciət edərək “Tufan” markalı motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

XQ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. İkitəkərli nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb.

Sumqayıt şəhərində isə müxtəlif vaxtlarda ayrı-ayrı iki marketdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı S.İsgəndərzadə və 43 yaşlı İ.Hüseynzadə də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə