Rumıniya agentliyi Müstəqillik Günündən yazıb

post-img

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Azərbaycan xalqı 28 May – Müstəqillik Gününü qeyd edir” sərlövhəli məqaləsini dərc edib.

Məqalədə Azərbaycanın müsəlman Şərqin­də ilk demokratik respublika (1918-1920) olduğu vurğulanıb. Qeyd edilib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib, Şərqdə ilk parlamentli respublika olan Azər­baycan Xalq Cümhuriyyəti qurulub.

Yazıda Cümhuriyyət dövründə parlamentin, milli ordunun və ölkənin xarici siyasəti, Paris Sülh Konfransında Azərbaycanın dünya birliyi tərəfin­dən de-fakto tanınması, həmin dövrdə demokrati­ya prinsiplərinə və insanların bərabərliyinə əsasla­nan hüquqların təmin edilməsindən də söz açılır.

Məqalədə, həmçinin 1993-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi və iqtisadi sabit­liyin bərqərar olunması, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi və sosial isla­hatların davam etdirilərək genişləndiyi də diqqətə çatdırılıb. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Sosial həyat