Qərbi azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar

post-img

Hər bir xalqın tarixi mövcudluğu göstərir ki, onun üzləşdiyi çətin sınaqlardan çıxması və gələcəyə doğru getməsi bu toplumun yurdsevərliyi, vətənini, dilini, tarixi irsini qoruya bilməsi ilə mümkün olub. Zaman tarixi hadisələrin düzgün qiymətləndirilməsi baxımından ən ədalətli hakimdir.

Bir xalqın mədəniyyətini, qəhrəmanlı­ğını onun tarixən yaşadığı ərazilər özün­də yaşadır. Bu baxımdan Azərbaycan əraziləri elə sivilizasiyanın inkişafa baş­ladığı ən qədim tarixi insan məskənlərin­dən hesab olunur. Bütün tarixi mənbələr sübut edir ki, hazırkı Ermənistanın əhatə etdiyi ərazilər vaxtilə azərbaycanlıların sıx şəkildə məskunlaşdıqları ərazilər olmuşdur. Tarixi xəritələrə istinadən bu ərazilərin yer adları və insan məskənlə­ri açıq şəkildə göstərilmişdir. Hətta yer adları Zəngibasar, Vedibasar, İrəvan ma­halı, Göyçə mahalı adları ilə xəritələrə köçürülmüşdür. Adlarını qeyd etdiyimiz bölgələr Qərbi Azərbaycanın ən böyük əraziləri hesab olunurdu. 

İndiki Ermənistanda mövcud olan Azərbaycan türklərinin məskunlaşdı­ğı mahallarda orta əsrlərdə elm, sənət, musiqi, xüsusən aşıq yaradıcılığı inkişaf etmişdi. Qərbi Azərbaycanda tarixən ya­şamış insanlar əsas etibarilə coğrafi şə­raitinə görə əkinçilik, maldarlıq və sənət­karlıqla məşğul olmuşlar. Lakin son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımız ağır məhru­miyyətlərlə üzləşərək, milli faciəyə məruz qalmışlar. 

Bir xalqın tarixini, dilini və mədəni irsi­ni öyrənmək üçün onun tarixən məskun­laşdığı ərazilərə nəzər salmaq gərəkdir. Qərbi Azərbaycanın əsl sakinləri türkdilli xalq olmuşdur. Azərbaycan türkləri indi­ki Ermənistan ərazilərində e.ə. II əsrdən yaşamağa başlamışlar. Bu ərazilərdə yaşayan ilk qədim tayfalardan biri kim­merlər olmuşdur. Kimmerlər qədim türk tayfası olaraq məhz bu ərazilərdə məs­kunlaşmışlar.

Sözsüz ki, bu faktı əsaslı şəkildə sü­but edən amillərdən biri tarixi toponim­lərdir. Bu tayfanın adı indiki Ermənistan ərazilərinin yer adlarında öz əksini tapır. Hətta indiki Ermənistan Respublikasının paytaxtı İrəvan yaxınlığında Qəmərli və Eçmiədzin rayonlarında elə yer adla­rı var ki, qədim kimmer türk tayfasının adını özündə əks etdirir. Tarixi mənbələr bir daha təsdiqləyir ki, indiki Ermənistan əraziləri qədim türk əraziləridir. 

Bu ərazilərdəki toponimlərdə heç bir erməni izinə rast gəlmək mümkün deyil­dir. Hətta antropoloqlar arxeoloji araşdır­maları zamanı ermənilərin qalıqlarının iki əsrdən artıq bir zamanı əhatə etmədiyini vurğulayırlar. İrəvan xanlığı işğal edil­dikdən sonra Çar Rusiyası ilə Qacarlar arasında 1828-ci ildə imzalanan Türk­mənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran və Osmanlı ərazisindən minlərlə erməni ailələri İrəvan, Qarabağ, Naxçıvan, Borçalı ərazilərində münbit torpaqlarda məskunlaşdılar. Onlar 6 il ər­zində vergi və mükəlləfiyyətlərdən azad oldular. Çar Rusiyasının bu köçürmə si­yasətinin məqsədi Osmanlı ilə Azərbay­can arasında bufer zona yaratmaq idi və bu məkrli plan baş tutduqdan sonra onun istiqamətləri daha da genişləndirildi.

İstər Gülüstan, istərsə də Türkmən­çay müqavilələri həm Qərbi, həm də Cənubi azərbaycanlılara qarşı xəyanət aksiyaları idi. Qafqazda azərbaycanlıla­ra qarşı aparılan məqsədyönlü soyqırımı siyasəti bu xalqın tarixində silinməz izlər qoydu. Bu, bir həqiqətdir ki, Qərbi Azər­baycan bizim bütöv Azərbaycanın bir parçasıdır.

Tarixin ədalətsizlik qurbanına çev­rilmiş aborigen əhaliyə – azərbaycan­lılara qarşı XIX əsrin əvvəllərindən başlayan soyqırımı, deportasiya, terror aktları mərhələ-mərhələ həyata keçirildi. 1905–1907-ci illər Azərbaycan türklərinə qarşı soyqırımı, 1918-ci ildə Bakıda və digər ərazilərimizdə kütləvi qırğın aktları, 30-cu illərdə ermənilərin soydaşlarımızın repressiya olunmasında fəal iştirakları onların türklərə qarşı açıq şəkildə qəzə­bini və nifrətini əks etdirirdi. Çünki soyqı­rımı zamanı daşnaklar qəddarlıqlarını mülki insanların, günahsız qadın, qoca və uşaqların üzərində tətbiq edirdilər. 

1948–1953-cü illərdə Qərbi Azər­baycan torpaqlarından 150 mindən artıq soydaşımız deportasiya edildi. Artıq yeni şüar əsasında Türksüz Ermənistan ide­yasını gerçəkləşdirməyə başladılar. Nə­hayət, 1987–1991-ci illərdə Qərbi Azər­baycan, indiki Ermənistan ərazisindən 250 minə yaxın soydaşımız öz ata-baba yurdlarını zorla tərk etməyə məcbur ol­dular. 

Təəssüflər olsun ki, tarixin çətin mər­hələlərindən adlayan xalqımıza qarşı ədalətsizliklər sonda onların əzəli yurd­larını tamamilə itirməsi ilə nəticələndi. Yaxın tarixə nəzər salsaq, bu ağırlığın nə qədər məşəqqətli olduğunu bir daha görə bilərik. 1987-ci ildə ümummilli lider Heydər Əliyevin Moskvada öz vəzifəsin­dən istefa verməsindən sonra ermənilər fəallaşaraq 1987–1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Qərbi Azər­baycandan azərbaycanlıların kütləvi deportasiyasını təşkil etdilər. Bu, SSRİ rəhbərliyinin xalqımıza qarşı xəyanətkar siyasətinin son akkordları oldu.

Sonrakı tarixi dövrlərdə də bu ədalət­sizliyə hüquqi qiymət verilmədi. Yalnız ulu öndər Heydər Əliyev bu tarixi ədalət­sizliyə siyasi qiymət vermişdir. Müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948–1953-cü illərdə azərbaycanlıların kütləvi şəkil­də Ermənistan ərazilərindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında”, 1998-ci ilin mart ayının 26-da “Azərbay­canlıların soyqırımı” və 2001-ci il avqust ayının 22-də “Erməni millətçilərinin apar­dığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaq­larından didərgin salınmış azərbaycanlı­ların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalamışdır. 

Ulu öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Vətən, dil, millət, yurd anlayışları müqəddəs amal olduğu üçün dövlətimiz torpaqları­mızın bütövlüyü naminə ədalətli müba­rizə aparır. Prezident İlham Əliyev Qərbi Azərbaycanın tarixi coğrafiyası, etnik tərkibi, siyasi və elmi baxımdan araşdırıl­masının xüsusi əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğulamışdır. 

Tarix həqiqəti sevir və vətən anlayışı tarixin özündə formalaşır. Bu baxımdan tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycanda, indiki Ermənistan əra­zilərində əsrlərlə xalqımızın soykökü, dili, ədəbiyyatı, musiqisi, adət-ənənələri, mə­dəni abidələri və bir sözlə, mədəniyyəti formalaşmışdır. Qədim İrəvan xanlığında və bütövlükdə indiki Ermənistan ərazi­sində İslam dininin VII əsrdən etibarən yayıldığından bu ərazilərdə yüzlərlə dini ibadət yerləri, daş abidələr, məscid və müsəlman yaşayış yerləri mövcuddur. Tarixi mənbələrdə qeyd olunur ki, bu ərazilərdə mövcud olmuş dini abidələr və müsəlman türklərin yaşadığı yerlər haqqında İrəvanda olmuş bir çox dünya səyyahlarının əsərlərindən kifayət qədər məlumat əldə etmək mümkündür. 

Mənbələrdə o da göstərilir ki, 1912-ci ilə qədər Qərbi Azərbaycan ərazisində, xüsusən İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33 və Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. Ümumiy­yətlə, Qərbi Azərbaycanda mədəni tarixi abidələrin sayı 8 minə yaxın olmuşdur. Lakin onların demək olar ki hamısı da­ğıdılaraq, vandalizm siyasətinin qurbanı olmuşdur. Tarixi torpaqlarımız olan indiki Ermənistan ərazilərində çoxlu sayda ta­rixi-memarlıq abidələri, şərq ornamentli imarət-karvansaralar, məqbərələr möv­cud olmuşdur. Bu memarlıq abidələrin­də tarixi həqiqətləri özündə yaşadan milli-mədəni irsimiz erməni vandallığının qurbanına çevrilmişdir. 

Qədim Azərbaycanın tarixini özündə əks etdirən İrəvanda Təpəbaşı adlanan məhəllə geniş bir ərazini əhatə edirdi. Təəssüf ki, azərbaycanlıların məskun­laşdığı bu tarixi məkan tamamilə dağıdı­laraq viran edilmişdir. Hazırda Təpəbaşı adlanan ərazilərdə Ermənistan dövləti yeni tikililər inşa edərək, azərbaycanlıla­ra məxsus olan yaşayış yerlərinin izləri­ni tarixin səhifəsindən silmək istəyirlər. Lakin buna cəhd olunsa belə, heç nə öz əzəli adını itirmir. 

1918–1921-ci illərdə tarixi Azərbay­can torpaqlarında ilk erməni dövləti–Er­mənistan Respublikası qurulduqdan sonra ermənilər azərbaycanlılara məx­sus maddi-mədəni irsə qarşı vandalca­sına, dağıdıcı münasibət göstərərək öz çirkin xislətlərini bir daha göstərdilər. Bu proses 1987-ci ildən başlanan deporta­siyanın son mərhələsindən bugünədək davam edir. Mədəni-tarixi abidələrimizi dağıdaraq yer üzündən silməyə çalış­mışlar ki, sübut etsinlər, guya, bu yerlərin “əsl sahibləri” özləridir. 

Əlbəttə, bu ideya onların bir millət ola­raq xəstə təfəkkürlərinin, uydurmalarının göstəricisi idi. Qərbi Azərbaycanda olan bütün tarixi abidələr içərisində İrəvan qə­zasındakı Xan sarayı və Sərdar məscidi tarixi ornamentləri ilə xüsusilə seçilirdi. Hətta bu möhtəşəm məscid vaxtı ilə xalq arasında Abbas Mirzə məscidi kimi də ta­nınırdı. Bu abidə də tamamilə dağıdılmış və yerini yeni tikililər almışdır.1766-cı ildə tikilmiş Göy Məscidin bütün minarələri dağıdılaraq məhv edilmiş, yalnız bir əsas məqbərəsi saxlanılmışdır ki, onu da dün­ya ictimaiyyətinə fars məbədi adı altında təqdim edirlər.

Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının əra­zisində hər biri memarlıq nümunəsi olan 310 məscid mövcud olmuşdur. XX əsr­də mərhələlərlə davam edən deportasi­ya siyasəti qədim ərazilərimizdəki tarixi abidələrimizin mənimsənilməsi, dağıdılıb viran qoyulması, yer adlarımızın ermə­niləşdirilməsi ilə nəticələnmişdir. Bu da onu göstərir ki, tarix səhnəsində xalqımız XX yüzilliyi faciələr, qırğınlar, soyqırımlar əsri kimi yaşamışdır. 

Qərbi Azərbaycanda olduğu kimi, Qarabağda və Şərqi Zəngəzurda 30 illik işğal dövründə də qədim abidələrimi­zi, bütünlükdə mədəni irsimizi talamış və dağıtmışlar. Xalqımızla birgə milli sərvətlərimiz də vandallıq siyasətinin qurbanı olmuşdur. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensi­yasının və “Mədəni sərvətlərin qeyri-qa­nuni dövriyyəsi haqqında” Paris Kon­vensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlə­rini talamaqla məşğul olmuşdur. 

İstər Qərbi Azərbaycan torpaqların­da, istərsə də Qarabağda qədim tarixə malik olan monumental mədəniyyət abi­dələrimiz ya tamamilə dağıdılaraq məhv edilmiş, ya da “erməni mədəniyyətinin” nümunələri kimi ictimaiyyətə təqdim edil­mişdir. Memarlıq abidələrinin üzərindəki türk simvollarının, qədim türk yazılarının məhv edilməsi xalqımızın milli mədəniy­yətinə vurulan ən ağır zərbədir. Özlərini dünyaya “qədim xalq” , “mədəni ölkə” kimi tanıtmağa çalışsalar da, tarix bunun həmişə tam əksini göstərib. Tarix onu da sübut edib ki, Azərbaycan xalqının mə­dəniyyəti milli olduğu qədər bəşəridir, bəşəri olduğu qədər də əbədidir. 

Azərbaycan xalqının mədəniyyət be­şiyi olan Qarabağın erməni işğalçıların­dan azad edilməsi, Qərbi azərbaycanlı­ların öz ata-baba yurduna qaytarılması ulu öndər Heydər Əliyevin liderlik fəaliy­yətinin əsas istiqamətini təşkil edirdi. Bu­nunla bağlı ulu öndər çıxışlarının birində qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm”.

Ata nəsihətini yerinə yetirən müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti hesabına 30 ilə yaxın işğal altında qa­lan torpaqlarımız azad edildi. Artıq Azər­baycan xalqı öz əzəli-əbədi torpaqlarına sahibdir. 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən 30 il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nə­ticələndi. 

Qarabağın azad edilməsi ilə Azərbay­canın xarici və daxili siyasətində yeni pri­oritetlər meydana çıxdı. Azərbaycan Or­dusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı. Bu ədalətli siyasətin gerçəkləşməsində dövlətimiz­lə yanaşı ictimai təşkilatların da üzərinə böyük öhdəliklər düşür. Qərbi Azərbay­can İcmasının yaranma zərurəti elə bu baxımdan mühüm aktuallıq kəsb edir. 

Azərbaycan xalqının tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Bu vacib məsələdə 2022-ci il 3 avqust ta­rixində qaçqınlar cəmiyyətinin bazasında yaradılan Qərbi Azərbaycan İcması bir­başa Ermənistan ərazilərindən kütləvi şəkildə deportasiya olunmuş azərbay­canlıların və onların varislərinin icti­mai-mədəni birliyini təmin etməkdə çox fəallıq göstərən mərkəzə çevrilmişdir. Bu İcma 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İcti­mai Birliyinin hüquqi varisidir. 

Qurumun İdarə Heyəti beynəlxalq müstəvidə fəal iş aparır. İcmanın məqsə­di tarixin müəyyən dövrlərində etnik mənsubiyyətinə görə kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni birliyinə nail olunmaqla, ata-baba torpaqlarımıza qayıtmaq üçün onların bütün hüquqlarının beynəlxalq səviyyədə bərpası və Ermənistan əra­zisində Azərbaycan xalqının yaratdığı tarixi-mədəni zəngin irsinin dünya icti­maiyyətinə çatdırılmasından ibarətdir. 2022-ci il dekabrın 24 - də Qərbi Azər­baycan İcmasının inzibati binasının açı­lışında əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev demişdir: “Qərbi Azərbay­can bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər, tarixi faktlar, tarixi xəritələr və tariximizin özü təsdiqləyir”. Prezident İlham Əliyev qeyd etdi ki, bunu deməyə əsas verən bir çox amillər var, xalqımız əsrlər boyu öz hüquqlarını qo­rumaq üçün, öz tarixi torpaqlarında yaşa­maq üçün böyük fədakarlıq göstərmişdir. 

Görüşdə Prezident İlham Əliyev bil­dirdi ki, Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar barədə məlumatlar mütləq bu icmanın xətti ilə dünya ictimaiyyətinə çatdırılmalıdır. Döv­lət başçısı ziyalılarımızın nəzərinə bir daha çatdırdı ki, xüsusən tarixçilər bu is­tiqamətdə araşdırmalar aparmalı, Azər­baycan həqiqətlərini əks etdirən tədqiqat əsərləri yazmalı və bu əsərlər xarici dil­lərə tərcümə edilməlidir. 

Qərbi Azərbaycan İcması az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq qəbul etdiyi sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər içərisində - indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin edilməsi barə­də qəbul edilmiş konsepsiya – Qayıdış Konsepsiyası mühüm yer tutur. 

Bu konsepsiyanın birinci bəndində (girişdə) rəsmi olaraq Qərbi Azərbaycan İcmasının əsas məqsədinin Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının bərpası ilə məşğul olduğu önə çəkilməklə bərabər, eyni zamanda indiki Ermənistan ərazisindən zorla de­portasiya edilmiş azərbaycanlıların doğ­ma yurdlarına qayıtmaları üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsəd­ləri, prinsipləri, hazırlıq və icra tədbirləri müəyyən edilir. Burada haqlı olaraq o da bildirilir ki, Qayıdış Konsepsiyası bey­nəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. 

Qayıdış Konsepsiyasında müxtəlif illərdə xalqımızın başına gətirilən müsi­bətlər: 1918–1921-ci illərdə Azərbaycan torpaqlarının hesabına Ermənistan Res­publikasının yaradılması və torpaqları­mızın sonrakı dövrlərdə sovet rəhbərliyi tərəfindən ermənilərə verilməsi, Qərbi Azərbaycandan azərbaycanlıların məc­buri köçürülməsi prosesinin 1987-1991-ci illərdə davam etdiyi bir daha vurğulanır. Eyni zamanda Ermənistan adlanan əra­zidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqların kütləvi şəkildə dağı­dılması, yer adlarının dəyişdirilməsi və azərbaycanlılara qarşı sistematik xarak­terli irqi ayrı-seçkiliyin həyata keçirilməsi kimi tarixi faktlar Qayıdış Konsepsiyasın­da öz əksini tapmışdır. 

Qərbi Azərbaycana dönüşün sülh yolu ilə təmin olunması qəbul olunmuş Konsepsiyanın ana xəttini təşkil edir. Bunun bariz nümunəsi olaraq 2023-cü il 11 mart tarixində Qərbi Azərbaycan İcmasının Ermənistanın baş nazirinə göndərdiyi məktubda vurğulanır ki, icma üzvləri tarixi ata-baba yurdlarına qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmin­dədirlər. İcma üzvləri məktubda vurğula­yır ki, Ümumdünya İnsan Hüquqları Bə­yannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mü­hüm beynəlxalq aktlarda geri qayıtmaq hüquqları əsaslandırılmış şəkildə təsbit olunmuşdur. Məktubda azərbaycanlıla­rın öz evlərinə sülh yolu ilə geri qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə qələmə verilməsinin yolverilməz olduğu bildirilir.

Qərbi Azərbaycan İcması siyasi, hüquqi, diplomatik, sosial və mədəni is­tiqamətlərdə fəaliyyətini davam etdirir. İcma 2023-cü il 16 mart tarixində Fransa Respublikasına çağırış edərək bu ölkə rəhbərliyinin etnik və dini azlıqlara qarşı dözümsüz siyasətindən ciddi narahatlıq­larını ifadə etmişdir. 

2023-cü il martın 27-də tarixində Qər­bi Azərbaycan İcması UNESCO-nun baş direktoru Odri Azuleyə ünvanladığı mək­tubda deyilir ki, Ermənistanda Azərbay­can mədəni irsinin dağıdılması insanlığa sığmayan cinayətdir. İcma üzvləri mədə­ni irsin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərmələrini xahiş edir. Məktubda o da bildirilir ki, Azərbay­canın mədəni irsini planlaşdırılmış şəkil­də məhv edən Ermənistan hökumətinin məqsədi monoetnik və təkmədəniyyətli məkan yaratmaq olmuşdur. 

2023-cü il martın 30-da tarixində Qərbi Azərbaycan İcması Avropa İttifaqı­nın Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin qərəzli və həqiqətə uy­ğun olmayan bəyanatına cavab olaraq bildirir ki, Avropa İttifaqı, o cümlədən onun Ermənistandakı missiyası insan hüquqları sahəsində tərəfsiz və müfəs­səl səyləri ilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına hörmət et­məli və bununla da davamlı sülhün əldə olunmasına dəstək verməlidir.

2023-cü il aprelin 15-də Qərbi Azər­baycan İcmasının Ermənistanda Azər­baycan bayrağının yandırılması ilə bağ­lı bəyanatında deyilir ki, bütün bunlar Azərbaycana qarşı Ermənistan dövləti tərəfindən dəstəklənən və sistemli şə­kildə aparılan etnik nifrət siyasətinin və azərbaycanofobiyanın göstəricisidir. Ermənilər xalqlar arasında nifrəti daha da dərinləşdirərək qorxu mühiti yaradıb azərbaycanlıları oraya qayıtmaqdan çə­kindirməyə çalışsalar da, öz ata-baba torpaqlarından zorla köçürülmüş azər­baycanlıların doğma yurdlarına qayıtma­sının qarşısını heç nə ala bilməz.

İnanırıq ki, fəaliyyət göstərdiyi bu qısa müddət ərzində Qərbi Azərbaycan İcma­sının Qərbi azərbaycanlıların hüquqları­nın bərpası istiqamətlərində beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər problemin beynəlxalq aləmə çatdırılma­sı işində xüsusi rol oynayacaq. Əminik ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti ilə Qərbi azərbaycanlıların öz doğma yurd­larına qayıdışını təmin edəcəkdir.

 

Elxan HÜSEYNOV,
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri, professor







Sosial həyat