Güney Azərbaycanın Şəriətmədari müəmması

post-img

Bir zaman şəxsiyyətinə çox böyük hörmət bəslənmiş və 45 il öncə Güney Azərbaycan ictimai fiktində önəmli rol oynamış bir din xadimi haqqında son dövrlərdə müzakirələr yenidən gündəmə gəlib. Daha dogrusu, bu mütəfəkkirin uzun müddət ictimai rəydən kənarda qalmış oğlu son çıxışlarında keçmişi yada salır. Yenidən sual yaranır: Şəriətmədarilər kimdir və nəyə qulluq ediblər? 

Ayətullah Ozma Seyid Məhəmməd Kazem Şəriətmədari Təbrizi 1906-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Atası Seyid Həsən Şəriətmədari Təbrizi (1914-cü ildə vəfat edib) Azərbaycanın (Təbrizin) tanınmış vaizlərindən biri imiş. Dini ailədən çıxmış digər uşaqlar kimi Seyid Məhəmməd də din alimlərinin yolu ilə gerərək əvvəl Oumda, sonra Nəcəfdə təhsil almış və Şeyx Əbdül Kərim Haeri Yəzdinin, Təbrizli Mirzə Cavad Malikinin tələbəsi olmuşdur. 

Azərbaycan və rus dillərində bu din xadimi haqqında məlumat olmasa da, ingilisdilli mənbələrdə qısa bilgi verilir. Lakin “Vikişiyə” (fars dilində) platforma­sında onun barəsində geniş material var. Təəccüb doguran odur ki, “Vikişiyə” Seyid Məhəmmədin dünyagörüşünü İran İslam Respublikasının təbligatından fərqli şəkildə göstərir. Bütün hallarda Şə­riətmədari haqqında yazılarda korparativ maraqlara xidmət edən dəsti-xətti aydın görmək olar. 

“AN.T” kanalının müxbirinin sifariş olunmuş sualları və hazırlanmış cavablar şəkilində qurulmuş müsahibələrində Şə­riətmədarinin siyasi baxışlarında və tər­cümeyi-halında olan qaranlıq səhifələrə, nədənsə, işıq salınmır. Din xadiminin oğlu Həsən Şəriətmədari ömrünün son 40 ilini Almaniyada yaşamasına, atasının özünü azərbaycanlı sayaraq milli hərəka­ta rəhbərlik etməsinə, Azərbaycan Res­publikasının rəhbərliyinə dəstək üçün müraciətinə baxmayaraq, hələ də Azər­baycanda olmayıb. O, yaxşı bilir ki, Azər­baycana hər hansı bir səbəbdən gəlməsi onun İranda nüfuzunun aşagı düşməsi ilə nəticələnər. 

Seyid Məhəmməd Şəriətmədari 1934-cü ildən Təbrizin “Xalaoglu” məs­cidinə rəhbərlik etmiş və 1950-ci ildə Ouma qayıdaraq orada müəllimliyə baş­lamışdır. O, Azərbaycan milli nehsətini – Pişəvərinin rəhbərliyi ilə qurulmuş milli hökuməti Təbrizdə görmüş və o dövrdə Azərbaycanda yaşamışdır. Şəriətmədari­nin Azərbaycandakı milli hərəkat və milli hökumət haqqında fikirlərini müəyyənləş­dirmək mötəbər mənbələrdən mümkün olmasa da, Xomeyni ilə olan ixtilafları və müsahibələrində dediyi fikirlər göstərir ki, onun milli məsələlərə münasibəti heç də İranın rəsmi dövlət mövqeyi ilə üst-üstə düşməmişdir. 

1945-ci ilin dekabr ayında Təbriz şəhərində elan olunmuş Milli Hökumət­dən sonra Ayətullah Təbatəbai ailəsi ilə birlikdə Təbrizdən Quma köçmüşdür. Şə­riətmədari o zaman böyük titulları olmasa da, Təbriz bazarında məscidə rəhbərlik etmişdir. Təbriz kimi şəhərdə bazar hə­mişə olduqca mötəbər və nüfuzlu bir mə­kan sayılmışdır. Şəriətmədarinin ogluna mikrafon uzadan jurnalıstlər ilk növbədə bu din xadimin oglundan atasının Azər­baycan milli nehzəti (hərəkatı) haqqında xatirələrini soruşmaq əvəzinə, çoxlarının yaxşı bildiyi mətləbləri ortaya atırlar. 

Şəriətmədari “siyasi İslam” nəzəriy­yəsinə zidd olan “mülki İslam” nəzəriy­yəsinin tərəfdarı hesab edilirdi. Mülki İslama görə İslam hakimiyyət üçün deyil və idarəçilik üçün heç bir xüsusi forma və üsullar müəyyən etmir. Bu nəzəriy­yəyə görə, fəqihin əsas vəzifəsi siyasət deyil, fəqihdir. Siyasətə qarışmağa ehti­yac yoxdur. Şəriətmədari hesab edirdi ki, ölkədə milli suverenlik qəbul edilməlidir. O, belə hesab edirdi ki, milli suverenlik bir xalqın digər xalq üzərində hökmran­lığını aradan qaldırır və ruhanilərin və­zifələri milli suverenliklə ziddiyyət təşkil etmir. Şəriətmədariyə görə, “dini fəqih” iki halda özünü ifadə edə bilər: birinci­si, İslama, konstitusiyaya və ya xalqın ümumi mənafeyinə zidd olan hərəkətlər qarşıya çıxırsa, ikincisi, heç bir məsul şəxsin olmadıgı mühüm bir işin görülmə­si lazım gəldiyi zaman.

Bunlar Qum ilahiyat müəssisəsinin “Vikişiyə” ensiklopediyasında yerləşdi­rilmiş rəsmi məlumatıdır. Əgər bu məlu­mat dogrudursa, o zaman Şəriyətmədari Azərbaycan milli hərəkatını, 21 Azər inqi­labını da dəstəkləməli imiş. Bu ehtimala alimin oglu Seyid Həsən Şəriətmədarinin son müsahibələrində qeyd etdiyi “Xəlqi müsəlman hərəkatının” süqutu ilə əlaqə­dar fikirləri ilə də cavab verilir. 

1979–1981-ci illərdə Cənubi Azərbay­canda milli demoktatik hərəkat çoxşaxəli idi. “Xəlqi müsəlman” partiyası və onun rəhbəri Şəriətmədaridən başqa, heç kim insanları səfərbər edə biləcək gücə qadir deyildi. Hamı rəhbərin – Şəriətmədarinin fətfasını gözləyirdi. Xomeyninin referen­dum çagırışını dəstəkləməyən Şəriətmə­dari Təbriz küçələrində yüz minlərlə insa­nın “Qanuni-əsasidə olan əsli 110 zidde bəşərdi, islah ola, ya olmaya batildi, hə­dərdi” şüarlarını eşidirdi. Onun xəbəri var idi ki, bütün Azərbaycan ondan bir “fətfa” gözləyir və yalnız onun çagırışı Azərbay­canda sag və sol, demokrat və qeyri-de­moktatların hamısını birləşdirə bilər. O bunu etmədi. Baxmayaraq ki, Təbriz və onun əyalətlərində hərəkatın 11 komitəsi və silahlı dəstələri var idi.

Bu təşkilat Azərbaycanda (Təbrizdə) insanlara və sekulyar hərəkatlara qorxu salacaq bir güc mərkəzinə çevrilmişdi. Milli qüvvələrin xatirələrində deyilir ki, si­lahlı qüvvələrin başında onun oglu, son aylarda müsahibələr verən Həsən Şəriət­mədari dururdu. O, İranda texniki təhsil almasına baxmayaraq atasının etibar­lı adamı idi. İlahiyyət təhsili almasa da, onlarla yaxın olmuşdu. “Xəlqi müsəlman” təşkilatının silahlı qüvvələrinə rəhbərlik edən Həsən Şəriətmədari seçkilər zama­nı fərqli düşüncə adamlarına, milli fəalla­ra hücumlar edir, onları ölümcül döyərək qəbiristanlıga atır, insanların gözünü qorxudurdu.

İnqilabın ilk illərində Təbrizin xalçaçı ustalarının və fəhlələrinin yaratmış olduq­ları 13 min nəfərlik həmkarlar təşkilatına hücum edən, Təbrizin Bağmeşə məhəl­ləsində yerləşən fəhlə evinə basqın edib silahlı dəstəsi ilə oranı dagıdan, təşkila­tın rəhbərini ölümcül döyən və onu 6 il zindana salan da bu Əhmət Şəriətmədari idi. Əlbəttə,o zaman hamı bilirdi ki, “Fərşi İran” şirkətinin himayədarı Şəriətməda­rilər ailəsidir. Bu himayədarlıq Təbətəba­idən sonra onlara keçmişdi.

İndi, özünü “sekulyar” adlandıran, “demokratik İran” qurmaq üçün Rza Pəhləvi ilə ittifaq yaradan Həsən Şəriət­mədari o zaman bax bu işlərin başında dururdu. Hesab edilir ki, İslam inqila­bının ilk illərində, siyasi nüfuz boşlugu yaranan zaman, milli şuarların çoxaldıgı proseslərdə heç bir yerə səfər etməyən Xomeyni oglu ilə birlikdə Qum şəhərinə Şəriətmədarinin görüşünə gəldi. Bu gö­rüşdən sonra bütün milli arzu və istəklərə son qoyuldu. Əlbəttə ki, o, Qumda oturub Azərbaycanda milli hərəkata rəhbərlik edə bilməzdi. Bəlkə, heç belə bir fikri də yox idi. Mümkündür ki, Azərbaycanın mil­li hüquqları onun üçün mərkəzi hakimiy­yətlə bir ticarət vasitəsi idi və bu alış-ve­rişdə də o uduzdu.

İndi də, onun oğlu “Azərbaycan” mövzusunu özünə qazanc vasitəsi sayır. O müraciətində deyir ki, “Quzey Azər­baycan müstəqil Cumhuriyyətdir, güney Azərbaycan isə İranındır”. Ona mikrafon uzadan jurnalist niyə soruşmur: Sən bu səlahiyyəti kimdən almısan, kim sənə bu hüququ verib? Məgər sən Güney Azər­baycanda referendum keçirmisən? Sən kimi təmsil edirsən?

Ancaq bütün hallarda Ayətullah Ozma Seyid Məhəmməd Kazem Şəriət­mədari Təbrizi Cənubi Azərbaycan milli düşüncəsində, fevral inqilabının (1979) qələbəsində, milli maraqların dini doq­malarla toqquşmaması nəzəriyyəsində, xəlqi müsəlman (əslində Azərbaycan) hərəkatının yaranmasında əhəmiyyət­li rol oynamışdır. Bu qrupun baxışları, əməlləri və şərhləri Əfqanıstanın Taliban qrupunun modelini çox xatırladır. Əlbəttə ki, milli deyildilər, bu gün də belə deyil­lər. Məlumdur ki, Qumda oturub Azər­baycanda milli hərəkata rəhbərlik etmək olmazdı. Əlbəttə ki, o Azərbaycana gəl­miş olsaydı, mövcud silahlı qüvvələri, tərəfdarlarını səfərbər etsəydi, İran İslam Respublikası ona heç bir şey edə bilməz­di. Beləliklə, ölümü, dəfni ilə əlaqədar eh­tiramsızlıqlar da olmazdı. Lakin o bunu seçmədi. Bu bizim tariximizdir – qələbəsi ilə də, məglubiyyəti ilə də bunları bilməli­yik, qiymətləndirməliyik.

İndi Şəriətmədari nostaljisi ilə yaşa­yanlar, eləcə də onun oglu, əlləri Azər­baycanın qəhrəman ogullarının qanına batmış bir şəxs Pəhləvi nümayəndələri ilə danışıqlar aparmaq əvəzinə, xalqın küçələrdə ara verməyən “Azadlıq, Ədalət, Mill Hökumət” şuarına diqqət ye­tirsələr daha yaxşı olar.

Pərviz KAZIMİ,
Bakı Dövlət Universitetinin dosenti



Sosial həyat