Həssas qrupların sosial müdafiəsinin əhatə dairəsi genişlənir

post-img

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı bu il də uğurla davam edəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında söhbət gedib. 

Prezident İlham Əliyevin tapşırığı­na əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı sosial dəstək tədbirlərinin əhatə dairə­sinin yeni layihələrlə genişlənməkdə olduğunu çıxışında bildirən nazir Sahil Babayev qeyd edib ki, Vətən mühari­bəsindən sonra həmin insanların mən­zillə təminatı proqramı beş dəfə geniş­lənib. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi evin orderi təqdim edilib. Bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Yaxın günlərdə həmin mənzil və fərdi evlərin verilməsinə başlanacaq.

Xatırladaq ki, onlayn satışı həyata keçirilən 1662 mənzildən artıq bir his­səsi onları ilk bron etmiş şəxslərə satı­lıb. Öncədən elan edildiyi kimi satışdan əldə olunan vəsait də bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına sərf olunacaq. Sosial Xidmətlər Agentliyi tərəfindən son bir ildə 6 min 600-dək şəxsin səyyar formada sosial-məişət, 400 nəfərin sosial-hüquqi xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb. 

Qeyd edək ki, sosial xidmət müəs­sisələrində ötən il 3 mindən, bu il 2 min 300-dən çox şəxsə, həmçinin qurumun layihələri üzrə 4 minə yaxın uşağa reabilitasiya yönümlü sosial xidmətlər, 120 ahıla günərzi xidmətlər göstərilib. Həssas qruplar üçün keçən il və bu il daha 3 günərzi qayğı mərkəzi açılıb, qarşıdakı dövrdə günərzi qayğı mərkəzləri şəbəkəsi daha da genişlə­nib. 2022-ci ildən indiyədək 242 uşaq övladlığa verilib. Bu il himayədar ailə modelinin tətbiqinə başlanılacaq. 

Kollegiyada, həmçinin Sosial Dəstək Mərkəzi tərəfindən görülən iş­lər, övladlarını dövlət uşaq müəssisələ­rinə yerləşdirmiş ailələrlə bağlı apa­rılan reinteqrasiya tədbirləri diqqətə çatdırılıb. Dövlət uşaq müəssisələri məzunlarının, şəhid ailələrinin üzvlə­rinin, həssas qruplardan olan uşaqla­rın sosial-psixoloji dəstəklə təminatı ilə bağlı mərkəzin layihələrindən bəhs olunub. 

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təhlil və tədqiqat işləri, ixtisaslaşdı­rılmış təlim mərkəzi kimi fəaliyyətinin təkmilləşdirilməsi işləri diqqətə çatdırı­lıb. Həmçinin observatoriya tərəfindən övladlığagötürmə, beynəlxalq və icti­maiyyətlə əlaqələr və s. sahələrdə gö­rülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat