Bakı – İrəvan: sülh gündəminə təhdidlər və bəhanələr

post-img

Məlum olduğu kimi, avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətləri haqqında Əsasnamə imzalanıb. Mövcud istiqamətdəki iş Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 2024-cü il aprelin 19-da keçirilmiş 8-ci görüşünün protokoluna uyğun olaraq həyata keçirilib. Yəni, komissiyaların birgə fəaliyyəti haqqında əsasnamənin razılaşdırılması ilə bağlı fəaliyyət həmin sənəd üzrə aparılıb.

Əslində, kifayət qədər böyük iş görülüb və bir neçə ay əvvəl yayıl­mış xəbərlərə diqqət yetirsək, hazırda əldə olunan irəliləyişi proqnoz­laşdırmaq mümkün idi. Məsələn, Azərbaycan tərəfi hələ iyulun 1-də belə bir məlumat yaymışdı ki, komissiyalar işçi qaydada əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr apa­rıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev də iyulun 1-də Kanadanın yeni təyin olun­muş səfiri Kevin Hamiltonla söhbət zama­nı Azərbaycanın və Ermənistanın hazırda ikitərəfli səviyyədə daha yaxşı nəticələrə imza atdqlarından söz açmışdı: “Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin deli­mitasiyasına nail olunub”.

Prezident İlham Əliyev sözügedən söhbət zamanı onu da bildirmişdi ki, sülh sazişinin başlıca şərti Ermənistanın kons­titusiyasının dəyişdirilməsidir. “Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”, – deyən dövlətimizin başçı­sı danışıqlar prosesi çərçivəsində, kifayət qədər, sürətli irəliləyişin mövcudluğunu vurğulamışdı.

Erməni ekspert və politoloq cameəsin­də isə belə bir sual var ki, ikitərəfli danışıq­lar prosesində irəliləyişin əldə edildiyi, de­limitasiya işlərinə start verildiyi bir vaxtda Azərbaycana nəyə görə Ermənistanın konstitusiyasının dəyişdirilməsini, yaxud konstitusiya dəyişikliyi məsələsini irəli sü­rür? Haşiyə çıxaq ki, sözügedən cameə iki hissəyə bölünür: hakimiyyət tərəfdarları və müxaliflər. Birincilər Azərbaycanın tələbi fonunda ölkəmizin, guya, sülhdən yayın­maq üçün bəhanə axtardığını vurğulayır və bu yolla rəsmi Bakıya yönəlik mənfi bey­nəlxalq imic formalaşdırmağa çalışırlar. İkincilər isə həm bunu edir, həm də erməni iqtidarının səriştəsizliyi, qorxaqlığı amilini qabardırlar. 

Heç bir tərəf əsl reallığı anlaya bilmir. Bəli, Ermənistanda Azərbaycanın irəli sür­düyü tələbin nə qədər məntiqi olduğu qəbul edilmir və ən böyük problem də elə budur. Aydındır ki, problem tipik erməni düşüncə tərzindən, daha doğrusu, hay xəstəliyindən qaynaqlanır. Qarşımızda səmimiyyətdən uzaq, düşdüyü avantürizm burulğanında boğulmağa məhkum, səbəb-nəticə əlaqələ­rini tuta bilməyən, məntiqsiz bir toplum, qövm dayanıb. Ötən illərin təcrübəsi göstərir ki, bu qövmün anladığı yalnız bir dil var ki, o da güc dilidir. 

Sərhədlərin delimitasiyası və demar­kasiyası məsələsində danışıqlar fazasının aktivləşdiyinə dair görüntünün mövcud ol­duğu hazırkı dövrdə ölkəmizin məhz kons­titusiya dəyişikliyi tələbi ilə çıxış etməsi tam məntiqidir. Bu tələb köklüdür. Çünki ölkəmizə sülh təminatı lazımdır. Nəzərə al­saq ki, konstitusiya dəyişikliyi referendum, yəni ümumxalq səsverməsi ilə reallaşmalı prosesdir, deməli, təminat erməni xalqının iradəsidir. Xalq işğalçılıq niyyətinə düş­məyəcəyini açıq bəyan etməlidir. 

Əlbəttə, Ermənistan konstutisiyasına dəyişiklik, yaxud ümumən ölkənin əsas qanununun dəyişdirilməsi hələ tam təmi­nat deyil. Yada salaq ki, vaxtilə Ermənistan SSR-in ana qanununda Azərbaycana qarşı ərazi iddiası əksini tapmamışdı. Ancaq keçmiş SSRİ zamanında respublikamız belə iddialarla üzləşmişdi. Erməni millət­çiləri ötən əsrin 80-ci illərinin sonlarında Qarabağın müxtəlif yerlərində təxribatlar törədib dinc azərbaycanlıları qarət edən­də, qətlə yetirəndə, eləcə də digər zərərlər vuranda hansısa sənədə əsaslanmamışdılar. Yəni, xəstə erməni cəmiyyətinin içindəki mənfurluğu konstitusiya dəyişikliyi ara­dan qaldırmaq iqtidarında deyil. Amma o cəmiyyətin ortaya xoş niyyət qoyması şərt­dir. Bunu bizdə inam yaratmaq üçün etmə­lidir və etməyə məhkumdur. Ancaq...

Nəzərə alaq ki, tərəflər sırf delimita­siya və demarkasiya məsələləri barədə nə qədər irəliləyiş əldə etsələr də, problemli məqamları razılaşdırmağı bacarsalar da, baş nazir Nikol Paşinyan sərhəd dirəyini hər yerdə göstərib ona müqəddəslik liba­sı geydirsə də, gələcəkdə hər şeyin indiki kimi olacağına dair real təminat yoxdur. Həm də ona görə təminat yoxdur ki, Er­mənistanın 44 günlük müharibədən sonra, necə deyərlər, ağıllanacağı, konstruktiv yola gələcəyi ilə bağlı bütün ümidlər ölüb. Azərbaycan əldə etdiklərini güc yolu ilə qazanıbsa, başqa nə deyəsən? 

Bir daha bildirək ki, konstitusiya dəyi­şikliyi, daha doğrusu, konstitusiyanın isti­nad etdiyi İstiqlaliyyət bəyannaməsindəki Azərbaycana və Türkiyəyə qarşı ərazi id­dialarının mövcudluğunun aradan qaldırıl­ması son dərəcə vacib məqamdır. Ermənis­tan bunu məhz indi etməli və delimitasiya işlərinin dayanıqlı olduğunu təsdiqləmə­lidir. Rəsmi İrəvan isə mövcud istiqamət­dəki ən böyük işin – referendumun 2027-ci ildə reallaşa biləcəyini bildirir. Özü də məsələnin qoyuluşu belədir: konstitusiya­ya dəyişiklik deyil, konstitusiyanın özünün dəyişdirilməsi həyata keçiriləcək. Guya ki, söhbət Azərbaycanın tələbinin yerinə yeti­rilməsindən getmir. 

Bəli, Ermənistan bu gün həyata keçir­məli olduğu işi sonraya saxlayır. Bir məqam da var ki, hələ 2027-ci illə bağlı da tərəddüd var. Mümkündür ki, rəsmi İrəvan mövcud istiqamətdəki prosedur fəaliyyətin gerçək­ləşdirilmədiyini iddia edib vaxtı uzatsın. Vaxt uzatmaqdan söz düşmüşkən, Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan – Türkiyə parlamentlərarası dostluq qrupu­nun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlə­rindən ibarət nümayəndə heyətini qəbul edərkən Ermənistanın qəsdən vaxt uzatdı­ğını, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar aldığını, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirdiyini vurğulamışdı.

Bütün bunların fonunda erməni ekspert cameəsinin bildirdiklərindən belə qənaət hasil olur ki, Ermənistanın xüsusən də hakimiyyətə yaxın beyin mərkəzləri Azər­baycanın irəli sürdüyü tələblərə əsaslana­raq ölkəmizin, guya, sülh istəmədiyi təsəv­vürünü tirajlayır və beləliklə, delimitasiya və demarkasiya proseslərinin sülhə doğru yön motivini sıradan çıxarmağa çalışırlar. Onlar baş nazir Nikol Paşinyanın sonun­cu mətbuat konfransında sülh gündəmini pozmağa yönəldiyi şübhə doğurmayan fi­kirlərini yayır, beynəlxalq dairələri, faktiki olaraq, aktivliyə, daha doğrusu, özünü sülh prosesinin vacib elementi kimi göstərən delimitasiya və demarkasiya işlərinə mü­daxiləyə səsləyirlər. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət