“Azərbaycanda keçiriləcək Milli Məclisə seçkilər ölkə siyasəti üçün vacib əhəmiyyət daşıyır” - İrina Tsukerman

post-img

“Parlament seçkiləri həmişə çox müsbət siyasi hadisə kimi qiymətləndirilir”. Bunu amerikalı beynəlxalq hüquq eksperti və siyasi şərhçi İrina Tsukerman secki-2024.az saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, Milli Məclisə seçkilər həm də bütün dünyada baş verən siyasi hadisələr fonunda xüsusi əhəmiyyət kəsb edir:

“Seçkilər, öz ərazilərinin tam azad edildiyi və inteqrasiya olunduğu, regional inteqrasiya və əməkdaşlıq üçün yeni imkanların açıldığı, qonşuları və tərəfdaşlarına belə firavanlıq bəxş etmək imkanlarına qadir Azərbaycanın güclü və zəngin dövlət olduğu şəraitdə yeni dövrə qədəm qoyan Azərbaycan xalqı üçün mühüm keçid dövrünü simvolizə edir”.

 İrina Tsukerman qeyd edib ki, dünya ictimaiyyəti beynəlxalq proseslər fonunda bu seçkiləri maraqla izləyəcək. Bu proses Azərbaycanın müxtəlif sahələrdə daxili və ümumi məqsədlərinə nail olunmasına töhfə vermək, yeni imkanlar açmaq, həmçinin bütün sahələrdə siyasi qarşılıqlı fəaliyyətlə bağlı səmərəli müzakirələri təşviq etmək məqsədi daşıyır.

 “Eyni zamanda Azərbaycan parlamentariləri bir çox yeni istiqamətlər üzrə şans əldə edəcəklər. Seçkilərdən bir qədər sonra Bakıda keçiriləcək COP29-un onların xarici əlaqələrinin inkişafı üçün mühüm başlanğıc nöqtəsi və pozitiv bir layihə olacağına da əminəm”, - deyə İrina Tsukerman fikrini yekunlaşdırıb.

Siyasət