Nailə Rəhimbəyli: Milli Məclisə bu dəfəki seçkilər müstəqil və suveren dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir

post-img

“Bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər müstəqil və suveren dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir”. Bu sözləri secki-2024.az saytına açıqlamasında sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli söyləyib.

Professor vurğulayıb ki, bu, dövlət əhəmiyyətli hadisədir: “Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu seçkilər müstəqil Azərbaycan tarixində bütün suveren ərazimizdə keçiriləcək Milli Məclisə ilk seçkilər olacaq”.

 Onun sözlərinə görə, Azərbaycan dünya miqyasında öz nüfuzunu, irəliyə doğru aparan güclü siyasətini nümayiş etdirərək təsdiqləyib.

“Qarşıda bizi ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı – COP29 gözləyir. Bu, siyasi baxımdan çox önəmli hadisə olacaq. Azərbaycana zirvələr yaraşır. Hamımız bu dəstəyə qoşulaq!”, - deyə Nailə Rəhimbəyli açıqlamasında bildirib.

Siyasət