Makronun Azərbaycana qarşı qərəzi regionda gərginlik yaradır

post-img

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Birləşmiş Krallığın Vudstok şəhərində keçirilən Avropa Siyasi İcmasının Zirvə toplantısında Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransı zamanı Azərbaycanla bağlı söylədiyi fikirləri şərh edib. Bu barədə XİN məlumat yayıb.

“Təəssüf ki, Fransa Prezidenti Em­manuel Makronun Avropa Siyasi İcma­sının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandı­ran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransa­nın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir. Fransa tərəfinə xa­tırladırıq ki, Azərbaycanın suveren əra­zilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın su­verenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkə­mizin beynəlxalq hüquq çərçivəsində le­gitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönə­lib və yönəlməkdədir. Lakin bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz. 30 ilə yaxın Azərbay­can ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütlə­vi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanı Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük Vətən müharibəsindən son­ra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir. Onu da xatır­latmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoy­mağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən si­yasəti olub. Qeyd olunanları nəzərə ala­raq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi po­zan səyləri heç bir nəticə verməyəcək”, - deyə qeyd olunub.

XQ

Siyasət