İyulun 19-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhərində vətəndaş qəbulu keçirib.
Qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, məktəb tikintisi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.