Dördüncü “Yüksəliş”in final mərhələsi

post-img

İyulun 19-da Bakı Ekspo Mərkəzində dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. 

Tədbirdə gənclər və idman naziri­nin müavini, İşçi Qrupunun rəhbəri Fər­had Hacıyev “Yüksəliş” müsabiqəsinin məqsədindən danışıb, müsabiqənin ya­randığı gündən bu günə qədər hesabat təqdimatı ilə çıxış edib. O bildirib ki, builki müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Müsabiqəyə qatılan namizədlərin əksəriyyəti yeni nəsil idarəçiləridir ki, bu da ölkənin insan kapitalının inkişafı üçün mühüm göstəricidir. 

Daha sonra “Yüksəliş” müsabiqə­sinin Təşkilat Komitəsinin üzvləri - iqti­sadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problem­ləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qarabağ Universitetinin rek­toru Şahin Bayramov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi­nin icraçı direktoru Aygün Əliyeva çıxış ediblər.

Mentorlar dördüncü dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin əhəmiyyətin­dən və potensiallı kadrlar üçün yaratdığı imkanlardan danışıblar. Bu müsabiqənin gənclərin inkişafında və onların liderlik bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıblar. 

Qeyd edək ki, 118 nəfərin mübarizə aparacağı final mərhələsi 3 gün davam edəcək və iyulun 21-də yekunlaşacaq. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriləcəklər.

XQ

Son xəbərlər