Azərbaycan–Türkiyə birliyi: “Geosiyasi layları” tərpədən müttəfiqlik

post-img

III MƏQALƏ

Qarşıdakı dövrdə can Azər­baycan ilə qardaşlıq hüququ­muz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.

Rəcəb Tayyib Ərdoğan,

Türkiyə Prezidenti

Azərbaycan–Türkiyə birliyinin nəti­cəverici siyasi-diplomatik fəaliyyətin nü­munəsi kimi qəbul edilməsinin əks-səda­sı təbiidir. Çünki son 300 ildə ilk dəfədir ki, Cənubi Qafqazda və regionlararası geosiyasi məkanda yeni düzənin yaran­ması mümkün olur. Aparıcı rolu isə iki türk dövləti oynayır. Bu gerçəkliyi prinsi­pial olaraq qəbul etmək istəməyən qüv­vələr hələ də mövcuddur. Ermənistanla sülh müqaviləsinin imzalanması və Zən­gəzur dəhlizinin açılması ilə ümumilikdə, geosiysi dinamika fərqli ritmə keçid edə­cəkdir. Qısa bir müddətdə geniş ərazidə geosiyasətin ritmi dəyişəcəkdir. Bu kimi məqamlara görə, Türkiyə–Azərbaycan birliyini hədəf alan cəhdlərin olması göz­ləniləndir. Onlar Ermənistanla məhdud­laşmır və qlobal güclər tərəfindən alov­landırıla bilər. Hər bir halda açıqca bu birliyin pozulması və ya aparıcı funksiya yerinə yetirə bilməməsi üçün bir sıra da­irələr dəridən-qabıqdan çıxırlar. Onlar, adətən, iki istiqamətdə fəallaşmağa ça­lışırlar.

İnformasiya təxribatları

Birinci istiqmət – Azərbaycan və Türkiyə cəmiyyətlərinin birliyini daxildən zəiflətmək. İkinci istiqamət – Azərbay­can və Türkiyənin dövlət və cəmiyyət olaraq bir-birinə etibarını azaltmaq. Bu iki istiqaməti birəşdirən şər-böhtan kam­paniyası da özünü göstərir. Məsələn, Azərbaycan və Türkiyə cəmiyyətlərində elə hadisələri qabartmağa çalışırlar ki, onlardan insanların bir-birinə qarşı nifrət etməsi bəhanəsi kimi yararlansınlar. Bu məqsədlə sosial çəkisi az və təsiri çox lo­kal olan bir sıra məişət hadisələrini böyük sosial problem kimi təqdim etməyə cəhd göstərirlər. Deyək ki, Türkiyənin hansısa əyalətində bir azərbaycanlının məişət çə­tinliklərini az qala milli problem kimi təsvir edirlər. Və ya Azərbaycanda hər hansı Türkiyə vətəndaşına qarşı rəsmi səviy­yədə sıxışdırmaların olduğu təəssüratını yaratmağa çalışırlar. Reallıqda isə bunla­rın heç biri, ümumiyyətlə, baş vermir və ya tamamilə fərqli səbəblərdən özünü göstərir. 

Son zamanlar Azərbaycanın bir sıra KİV orqanları, o cümlədən, saytlar bu kimi yanlış işlərə baş vururlar. Məsələn, saytlardan biri yazır ki, “yerli əhali Tür­kiyədən qaçır”. Maraqlıdır, hara gedir Türkiyə vətəndaşları? Sən demə, Misirin hansısa “daha ucuz” olan istirahət zona­sına. Bu absurd uddiaların ömrü 1-2 gün olur. Çünki reallıq tamam başqa gerçək­liyi ortaya qoyur. Lakin nəyə görə qardaş dövlət haqqında belə cəfəng informasi­yalar verilsin? 

Və yaxud Xarici İşlər naziri Hakan Fidanın III Dünya müharibəsi ehtimalı ilə bağlı dedikləri kontekstdən çıxarıla­raq Türkiyənin bu savaşa hazırlaşması kimi təqdim edilir. Özü də elə ruhda in­formasiya verirlər ki, guya, müharibəyə Türkiyə hazırlaşır, yəni sülhsevər de­yil, başqalarına hücuma hazırlıq görür. Sonra isə bir Avropa dövlətinin III Dünya savaşına hazırlığını yarana biləcək böh­rana hazırlıq kimi, konkret olaraq ərzaq qıtlığının olmamasına ehtiyat tədbiri gör­mək kontekstində verirlər. Əslində isə H.Fidan məhz Türkiyədən asılı olmayan səbəblərə görə müharibənin ola bilməsi ehtimalı fonunda dövlətin ehtiyat təd­birləri (ilk olaraq ərzaqla bağlı) görməsi vacibliyini vurğulamışdı. Özü də bunu Türkiyənin ətraf regionlarda savaşları dayandırmaq istiqamətində atdığı dip­lomatik addımlara bir sıra dövlətlərin la­zımi dəstək verməməsi fonunda bəyan etmişdi. Yəni Türkiyə sülh, barış üçün çalışır, lakin bir sıra güclü dövlətlər bu­nun əksinə hərəkət edirlər. Azərbaycan KİV orqanlarının birində bu gerçəkliyi anti-Türkiyə ruhda təhrif etməsinin arxa­sında hansı məqamların dayandığını an­lamaq çətin deyildir. Onu da vurğulayaq ki, eyni qaydada Türkiyənin bir sıra KİV orqanlarında Azərbaycan haqqında in­formasiya verənlər mövcuddur. Məsələn, SOKAR-a qarşı məlum təxribatçı hərəkətləri anti-Azərbaycan ruhlu insanla çalışdığı informasiya mənbələri oldu. Bir qədər öncə Türkiyə siyasətçiləri arasında Azərbaycana qarşı sırf təxribatçı fikirlər bildirənlər də olmuşdu. 

Birliyi zəiflətmək cəhdləri

Məsələ yuxarıda vurğulanan is­tiqamətlərlə məhdudlaşmır. Hər iki ölkə­nin cəmiyyətlərində daxili birliyi müxtəlif maskalarla zəiflətmək cəhdləri son za­manlar güclənmiş kimi görünür. Onlar həm ayrılıqda Azərbaycan və Türkiyə cə­miyyətləri üçün müşahidə olunur, həm də iki qardaş toplumun bir-birinə etimadının azaldılması istiqamətində informasiya təxribatları törətməyə çalışırlar. 

Bundan başqa, Azərbaycan dilinə qarşı bir sıra KİV-də doğru olmayan mü­nasibətlə rastlaşırıq. Bəziləri yazırlar ki, “qida istehlak edilir”. Bu nə deməkdir? Azərbaycan dilində qida qəbul edilir, qida yeyilir (məsələn, alma yeyilir) və ya filmdə deyildiyi kimi “şərab istemal edilir” deyilir. 

Bir elektron KİV orqanı sürücülərə cə­zaların kəsilməsi ilə bağlı informasiya ve­rir və orada yazır ki, “protiv” sürən sürü­cülər”. Azərbaycan dilində “protiv”, “uje”, “koneşno” və s. kimi sözlər var? Azər­baycan dilini təmizləmək adı altında rus sözləri ilə onu korlamaqda məqsəd nə­dir? Maraqlıdır ki, KİV-də bu kimi hallarla mübarizə aparmalı olan orqan da hələlik susur. Bir zamanlar “dili təmizləmək la­zımdır”, deyib car çəkən həmin qurum üçün “protiv” sözünün və ona bənzər yad sözlərin işlədilməsi təmizlik əlamətidirmi? 

Qətiyyən, yox! Əksinə, bu, dövlət di­linə qarşı olan təxribatlardan birinin nü­munəsidir. Çünki KİV-də bu kimi yanlışlıq­ları həyat və danışıq norması kimi qəbul edənlərin sayı artır. İndi danışıqlarda rus kəlmələrini işlətmək və ya Bakı küçələ­rində hıqqana-hıqqana rusca danışmağa çalışan gənclərimizi görmək çox utandırı­cıdır. Gənc azərbaycanlı ananın öz kiçik yaşlı övladı ilə rusca danışmasını eşit­mək insanı mütəəssir edir. Söhbət, ümu­miyyətlə, hansısa dildə danışmağı qada­ğadan qətiyyən gedə bilməz. Məsələ bu yanlış və riskli tendensiyanın yayılması və az qala, həyatda uğurlu olmağın nor­malarından birinə çevrilməsi ilə bağlıdır. Bu kimi yanlışlıqlar təhsil müəssisələrinə və elmi araşdırma institutlarına sıçrayır. Elə elmi iddiaçı olur ki, dövlət dilində fik­rini izah edə bilmir, gərək onu yad dildə dinləyəsən. 

Bu və buna bənzər hadisələr cəmiy­yətin bütövlüyünə, gənclərin milli ruhda tərbiyəsinə zərər verən olaylardır. Təbii ki, əgər bu tendensiya inkişaf etsə, bü­tövlükdə toplumun bütövlüyünə ziyan verə bilər. Azərbaycan cəmiyyətinin özü­nü identifikasiya fəlsəfəsi yanlış tərəfə dəyişə bilər və yekunda parçalanma meyli yaranar. Vətəndaşlar psixoloji və mədəniyyət baxımından bir-birindən uzaqlaşsalar, onun neqativ sosial-mədə­ni nəticələrini görməli olacağıq. 

Bunlarla yanaşı, KİV-də azərbay­canlılıqla uyğun gəlməyən kültür ele­menti kimi təqdim edilən informasiyalar da verilir. Onlarda bir qayda olaraq, azərbaycanlı əxlaqına uyğun olmayan məqamlar özünü göstərir. Bu proses dərinləşsə və davam etsə, sosial-mə­dəni birliyimiz riskə düşə bilər. Həmin tendensiyanın fonunda türklərə qarşı süni neqativ münasibət yaratmağı hə­dəfləyən, lakin üstüörtülü təqdim edilən informsiyalar da son zamanlar çoxalan kimi görünür. 

Məsələn, qonşu dövlətlərdən hər hansı biri haqqında müsbət informasiya­nın yanında türk insanına yaraşmayan bir hadisəni təsvir edən məlumat verilir. Bu yanaşı olan informasiyaları müqayisə edən, əlbəttə, yanlış nəticə çıxaracaq. Çox qəribədir ki, bu saxta üsulu hətta idman xəbərlərinə də tətbiq etməyə çalı­şırlar. Məsələn, yazırlar ki, “məşqçi Arda Güləri məşqdən qovdu”, lakin deyək ki, bir avropalı haqqında elə yazmırlar. Ya­zırlar ki, “filan oyunçuya məşqçi istirahət verdi” və ya “məşq etməyə buraxmadı” və s. 

Dövlət haqqında da bu kimi “xırda və təsadüfi yanlışlıqlara” yol verilir. Və ya adətən, “jurnalist müstəqildir” kimi qondarma müdafiə üsulundan istifadə etməyə çalışırlar. Özlüyündə, əlbəttə, jurnalist müstəqil olaraq fikrini ifadə edə bilər. Lakin, nədənsə, son zamanlar bu “müstəqil ifadə” daha çox “antitürk rən­gi”ndə olur. Türkiyə dövləti haqqında bir sıra hallarda informasiya üstüörtülü istehza ibarəsi ilə verilir, Azərbayca­na düşmən olan dövlətlərdən bəziləri haqqında obyektiv, daxili hörməti əks etdirən ifadələr işlədilir. Məsələn, bir KİV yazır “Oman körfəzində filan dövlətin gə­misini saxladılar”. Buna bənzər hadisə Türkiyəyə aiddirsə, istehza və bir qədər aşağılayıcı tonda informasiya verirlər (söhbət bütövlükdə Azərbaycan KİV-dən getmir). 

Eyni nümunələrə bir sıra Türkiyə KİV orqanlarında da rast gələ bilərik. Bütün bunların xüsusilə son zamanlar artması bütövlükdə Azərbaycan-Türkiyə birliyinə qarşı informasiya savaşının gücləndiril­məsindən xəbər verir. Belə bir situasiya­da düşünürük ki, Azərbaycanda həm dilin təmizliyinə, həm də obyektivliyinə diqqət daha da artırılmalıdır. Dili və şüurları yad kəlmələrdən (rus və ingilis) və düşün­cələrdən təmizləməyin zamanıdır. 

Burada başqa bir informasiya təxri­batı məqamını da vurğulamaq lazımdır. Məsələ bundan ibarətdir ki, Azərbaycan–Türkiyə birliyinə qəsdlər daha geniş ge­osiyasi kontekstdə də baş verir. Burada birbaşa deyil, dolayısı ilə, adətən, hər iki dövlətin etibarsızlıq imicini yaratma­ğa çalışmaqla hərəkət edirlər. Bunun nümunələrindən biri Suriya ilə Türkiyə rəhbərliyinin terrora qaşrı birgə mübarizə aparmağa hazır olduqları ilə bağlı bəya­nat verməsindən sonra meydana çıxan bəzi hadisələrdir. 

Suriyanın şimalında Türkiyə bay­rağını yandırırlar və Kayseri şəhərində suriyalılara qarşı təxribat törədilir. Səbə­bini isə namusla bağlı bir olay təşkil edir. Və sonra bu iki informasiyanı bir-biri ilə əlaqəli şəkildə verirlər. Klassik informa­siya müharibəsi nümunəsidir. Onu da nəzərə almaq lazımdır ki, bu kimi təx­ribatçı informasiyalar Azərbaycan və Türkiyə rəhbərliyinin siyasi-diplomatik fəallıqlarını geniş bir geosiyasi məkanda əməkdaşlıq və təhlükəsizlik naminə daha da gücləndirdikdə yayılır. Bütün bunlar­dan hansı nəticələri çıxarmaq olar?

Birliyin yeni mərhələsi

Azərbaycan–Türkiyə birliyinin indi­ki mərhələdə bütün çalarları üzərində məqalədə dayanmaq, təbii ki, müm­künsüzdür. Lakın qısa müqayisələr də göstərir ki, iki qardaş dövlət regional və multiregional əməkdaşlıq, birlik, təhlükə­sizlik və yardımlaşma istiqamətlərində yeni səviyyəyə qədəm qoymuşlar. Bunun ən yaxşı ifadəsi Azərbaycan Prezidenti­nin çoxaspektli siyasi-diplomatik addım­larında özünü tapmaqdadır. Azərbaycan cəmiyyəti öz Prezidentinə ciddi dəstək verməlidir. Cəmiyyət daxili gücünü döv­lət başçısının təşəbbüslərini dəstək­ləməyə yönəltməyi yeni səviyyəyə, daha mütəşəkkil formaya çatdırmalıdır. Çünki Azərbaycanın müstəqil dövlət kimi gələ­cək uğurları məhz Prezidetin proqramla­rının həyata keçirilməsi ilə birbaşa bağlı­dır. Eyni münasibət Türkiyə cəmiyyətində Türkiyə Prezidentinə olmalıdır.

Bunların fonunda Azərbaycan və Türkiyə media vasitələri öz ölkələri və cəmiyyəti haqqında maksimum dərə­cədə obyektiv informasiyalara üstünlük verməlidirlər. Kənardakı müxtəlif gizli qaynaqların təsirinə uymaq xəyanətdir. Dərk etməliyik ki, məsələ yalnız iki qar­daş dövlətin gələcəyi ilə əlaqəli deyildir – söhbət, bütövlükdə, geniş bir coğrafiyada çox sayda xalqların həyatından, normal yaşamasından və inkişafından gedir. Yerli xalqlar arasında nifaq salmq böyük düşmənçilikdir. Heç bir halda düşmən qonşular xoşbəxt yaşaya bilməzlər. Onlar daim bir-birinə qarşı təxribat törədəcək, münaqişəyə girəcəklər ki, bunun da sonu yoxdur. Deməli, istər Azərbaycanda, istərsə də Türkiyədə kim ki, yerli xalqların birini o birinə pisləyir, o, birbaşa xalqın, dövlətin və müstəqilliyin düşmənidir. 

Azərbaycanda əsrlərdir xalqlar meh­riban qonşuluq şəraitində yaşayırlar. Onların arasında ixtilaf yoxdur. Türkiyə­də də eyni qaydada çox sayda xalqlar əsrlərdir ki, bir dövlətin çətiri altında hə­yat sürürlər. İndi onları bir-birinə qarşı qoymaq heç bir şərt daxilində müsbət hal sayıla bilməz. Bir cəmiyyətdə birlik olmayanda isə onun başqa heç bir cə­miyyətlə əlaqələri real müsbət ola bil­məz. Çünki özünün bütövlüyünü təmin edə bilməyən toplumun başqasının da birliyinə töhfəsi olmaz. Nəticədə onların hər ikisi əbədi münaqişələr burulğanına düşmüş olar. 

Buna görə də Azərbaycan–Türkiyə birliyi indiki mərhələdə xeyli dərəcədə in­formasiya müharibəsindəki mübarizədən asılıdır. Hər iki cəmiyyət kimsənin araya müdaxilə etməsinə imkan verməməlidir. Azərbaycan və Türkiyə birliyi iki müstəqil dövlətin bərabərhüquqlu tərəfdaşlar kimi müttəfiqliyidir. 

Onlar ayrılıqda güclü müstəqil dövlət olaraq qalmalıdırlar. Birgə fəaliyyət isə beynəlxalq hüquq və bərabərhüquqlu­luq əsasında tənzimlənir. Azərbaycan və Türkiyə hüquqi cəhətdən də qoşa olaraq inkişaf edən müstəqil dövlətlərdir. Demə­li, onların birliyi həm də xalqların normal və müstəqil inkişafının təminatıdır. Bu­rada gizli fikirlər axtarmaq və ya onla­rı uydurmaq, öz dövlətinin və xalqının müstəqilliyinin əleyhinə olmaq deməkdir! Yəni Türkiyə ilə bir yerdə olmaq Azərbay­canın müstəqil olmasının təminatların­dan biridir. Eynilə Azərbaycanla bir yer­də olmaq Türkiyənin müstəqil olmasının təminatlarından biridir! Hər iki ölkənin insanları bu qiymətli və təbii dəyərin qəd­rini bilməlidirlər! 

Məsələnin başqa tərəfi multiregional geosiyasi miqyasla bağlıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət