XİN-in Astanada üçtərəfli görüşlə bağlı bəyanatı

post-img

Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astanada keçirilən görüşünə dair bəyanat yayıb.

Bu barədə XİN-dən məlumat verilib.

Bəyanatda deyilir: “3 iyul 2024-cü il tarixində Azərbaycan Prezidenti Zati-alilə­ri İlham Əliyev, Türkiyə Prezidenti Zati-a­liləri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Zati-aliləri Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində As­tanada görüşüblər. Üçtərəfli Zirvə görü­şündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub. Daha öncə Azərbaycan–Türkiyə–Pakistan üç­tərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin, həm­çinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib. Azərbay­can–Türkiyə–Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, re­gional və qlobal sülhün və sabitliyin möh­kəmlənməsinə xidmət edəcəyinə dair ra­zılıq ifadə olunub. Üç ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq münaqişələrin həllində müvafiq ölkələr arasında dialoqun prioritetləşdirilməsini dəstəklədiklərini bildiriblər. Transmilli təh­didlərə, xüsusilə terrorizmə qarşı müba­rizədə üç ölkə arasında əməkdaşlığın və bu məsələnin birgə həllinin vacibliyi də bir daha təsdiqlənib. Üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlər hər üç ölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçiriləcək”.

Son xəbərlər