QMİ sədrinin ABŞ görüşləri

post-img

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ səfəri çərçivəsində BMT Baş katibinin müavini Migel Anxel Moratinosla görüşüb.

Migel Anxel Moratinos Azərbaycan xalqını Ermənistanla sülhün bərqərar olması münasibətilə təbrik edib. Bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı olaraq bundan sonra da Azərbaycanla sıx əlaqələri davam etdirmək niyyətindədirlər.

Tərəflər, həmçinin gələn il Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə keçiriləcək İslamofobiya ilə mübarizə konfransını, eləcə də BMT-nin Sivilizasiyalar Alyansının bu ilin dekabr ayında Səudiyyə Ərəbistanında təşkil edəcəyi növbəti qlobal forumu müzakirə ediblər.

Bundan başqa, QMİ sədri "Dinlər Sülh Uğrunda" Təşkilatının həmprezidenti və Ümumdünya Şurasına üzv seçilməsi ilə əlaqədar rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə təşkilatın Nyu-Yorkdakı baş ofisini ziyarət edib.

XQ

Son xəbərlər