Gürcüstan portalları AZƏRTAC-ın bəyanatını yayıblar

post-img

AZƏRTAC-ın Fransa hakimiyyətinin agentliyin jurnalistinə qarşı qərəzli mövqeyini qətiyyətlə pisləyən bəyanatı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, “newsday.ge”, “aktual.ge”, “24news.ge”, “interpress.ge” informasiya portalları Agentliyin bəyanatını Azərbaycan, gürcü, rus və ingilis dillərində dərc ediblər.

İnformasiya portalları bəyanatın tam mətnini yaymaqla Fransa hakimiyyətinin Azərbaycana və onun əsas aparıcı rəsmi xəbər agentliyinin müxbirinə qarşı qərəzli mövqeyini oxucuların diqqətinə çatdırıblar.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət