Bernardo Mariano: Qlobal problemləri müzakirə etmək imkanı yaratdığına görə Azərbaycana minnətdaram

post-img

Forumun əsas mövzusu “Parçalanmış dünyanın bərpası” ilə bağlıdır. Bu elə bir qlobal mövzudur ki, hər yerdə müzakirə olunmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT Baş katibinin müavini, BMT-nin Baş Qərargahının informasiya texnologiyalar üzrə baş direktoru, XI Bakı Qlobal Forumunun iştirakçısı Bernardo Mariano deyib.

B. Mariano dünyanın problemlərinin həllinin süni intellekt sahəsində informasiya texnologiyalarından düzgün istifadə etməklə mümkün olduğunu vurğulayıb.

Azərbaycana ilk dəfədir səfər etdiyini diqqətə çatdıran BMT rəsmisi Bakıda olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, Azərbaycanın bu Foruma yenidən ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, dünyanın qlobal problemlərini gündəmə gətirib müzakirə etmək imkanı yaratdığı üçün ölkəmizə minnətdarlığını bildirib.

Siyasət