Qırğızıstan 12 illik təhsilə keçidə hazırlaşır. Bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb. Xəbəri “İnterfaks.ru” verib.
Keçid mərhələli olacaq. Tələbələr üçün tədris proqramı da yenilənəcək.
"Qırğızıstanda təhsil sistemi dəyişməlidir, çünki bir çox aspektlər sovet dövründən indiyədək dəyişməz qalıb və müasir tələblərə və çağırışlara cavab vermir. Bura köhnəlmiş tədris metodları, informasiya texnologiyalarından kifayət qədər istifadə edilməməsi daxildir. 12 illik təhsil modeli daha keyfiyyətli olacaq, təhsilin keyfiyyətini artıracaq, tələbələrin müasir reallıqlara hazırlaşmasını və onların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək”, - deyə rəhbərlik qeyd edib.
P.ƏMİRCANOV
XQ