Beynəlxalq Enerji Agentliyi (IEA) analitiklərinin hesablamalarına görə, OPEC+ ölkələri fevral ayında İraq, Qazaxıstan və BƏƏ-də hasilatın artması səbəbindən gündəlik neft hasilatı üzrə vədlərini 420 min barel üstələyiblər. Məlumatı “İnterfaks.ru” verib.
Belə ki, fevralda bütün 22 üzv ölkədə neft hasilatı sutkada 90 min barel artaraq 41,58 milyon barelə çatıb. Liviyada isə hasilat nəzərəçarpacaq dərəcədə artıb ki, bu da digər ölkələrdə hasilatın azalmasını kompensasiya edib.
BEA qeyd edib ki, blokun bəzi üzvlərinin vəd etdiyi əlavə könüllü ixtisarların ikinci ayında Qazaxıstan və İraq öz öhdəliklərini tam yerinə yetirə bilməyib. Qazaxıstan fevral ayında ən böyük hasilat azalmasını bildirsə də, öz kvotasından 120 min barel artıq hasil edib. Birgə hasilat profisiti sutkada 370 min barrel olan hər iki ölkə, 2024-cü ilin birinci rübündə uyğunluğu yaxşılaşdırmağa və artıq hasilatı kompensasiya etməyə söz veriblər.
Fevral ayında İraq, Qazaxıstan və BƏƏ öz hədəflərini aşmağa davam etdikdən sonra 18 kvota istehsalçısından hasilat sutkada 34,3 milyon barreldən 420 min barel artıq olub.
OPEK-ə üzv olan 12 ölkədə hasilat sutkada 140 min barel artaraq 26,91 milyon barelə, qeyri-OPEC ölkələri hasilatı 50 min barel azaldaraq sutkada 14,67 milyon barelə qədər azaldıb. Rusiya, BEA-nın hesablamalarına görə, fevralda neft hasilatını yanvar ayı ilə müqayisədə sutkada 20 min barel artıraraq 9,42 milyon barelə çatdırıb.
P.ƏMİRCANOV
XQ