Tbilisidə binada partlayış olub

post-img

Tbilisidə səhər saatlarında Samtredi küçəsindəki yaşayış binasında partlayış baş verib, nəticədə 93 ailə binadan təxliyə edilib. Şəhər meriyasının martın 13-də verdiyi məlumata görə, itki yoxdur. Xəbəri “İzvestiya.ru” verib. 

“Sübh çağı Didube rayonu Samtredi küçəsi 2 saylı yaşayış binasında güclü partlayış baş verib. Bu ünvanda 93 ailə yaşayır. İlkin məlumata görə, xəsarət alan olmayıb. Sakinlər dərhal binadan təxliyə edilib. Didube rayon administrasiyası onları mehmanxanalarda yerləşdirib”, - deyə şəhər hakimiyyətinin saytında bildirilir.

Qeyd olunur ki, sakinlərə yalnız binanın vəziyyəti öyrənildikdən sonra  mənzillərə qayıtmağa icazə verilib-verilməyəcəyi barədə məlumat veriləcək. Gürcüstan mətbuatının məlumatına görə, partlayış binanın birinci mərtəbəsində baş verib. Dərhal hadisə yerinə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin, aidiyyəti qurumların, meriya və Didube rayon rəhbərliyinin nümayəndələri gəliblər.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər