Azərbaycanın Belarusdakı səfirliyində seçki məntəqəsi səsverməyə tam hazırdır

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində səsvermə üçün seçki məntəqəsi tam hazır vəziyyətdədir.

 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə səfirlikdə yaradılmış 38 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayacaq.

Prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən müvafiq inzibati və təşkilati-texniki tədbirlər görülüb.

Ölkə hüdudlarından kənarda yaşayan və 18 yaşına çatmış vətəndaşlarımız öz səsvermə hüququndan istifadə edəcəklər. Səsvermənin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

Xatırladaq ki, Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 məntəqə səsvermə üçün hazır vəziyyətdədir. Məntəqələr səfirliklərdə və konsulluqlarda yaradılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev





Siyasət