Türk ekspert: Ermənistanın Azərbaycana qarşı törətdiyi qətliamların gözardı edilməsi Qərbin “özünəxas” hüququnun açıq göstəricisidir

post-img

Qərbdən olan bəzi qüvvələr Azərbaycana qarşı münasibətini açıq-aydın göstərir. Lakin, əslinə baxsaq, bu münasibət təkcə Azərbaycana deyil, eyni zamanda, Türkiyəyə qarşı da nümayiş etdirilir. Orada təsir imkanlarına malik müəyyən qüvvələr var. Bu qüvvələrin ciddi mənada imperialist yanaşmalarının olması da bəllidir. Bu yanaşma özünü bütün formalarda hiss etdirir və göstərir.

Bu fikirləri  açıqlamasında Türkiyənin Optimar Ararşdırma şirkətinin rəhbəri, siyasi ekspert Hilmi Daşdemir səsləndirib.

Qərbin Azərbaycana qarşı bu yanaşmasında ədaləti, həqiqəti gözləməyin qeyri-mümkün olduğunu vurğulayan H.Daşdemir deyib: “Bəzi aparıcı qüvvələrin ədaləti özlərinin idarə etdiyi şəkildə, özlərinin xeyrinə işləyir. Biz bunun bir çox müsəlman xalqlara qarşı işlədiyinin dəfələrlə şahidi olmuşuq. Törədilən qətliamlara səssiz qalmaları bunun ən böyük nümunəsidir. Yaxın keçmişdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamların, vəhşiliklərin gözardı edildiyini də gördük ki, bu da Qərbin “özünəxas” hüququnun nə cür işləməsinin aydın və konkret göstəricisidir. Qərbdən ədalət, demokratiya, mərhəmət kimi davranışları gözləmək gülüncdür”.

O qeyd edib ki, hazırkı vəziyyətdə Azərbaycan da daxil olmaqla, bütün Türk dövlətlərinin güclü olması çox vacibdir. Bütün bunları nəzərə alaraq, Qərbin Azərbaycana və ya Türkiyəyə qarşı bu münasibətinin dəyişəcəyini düşünmürəm. Bizim bu imperialist qüvvələrin yanaşmalarını, Ermənistanın törətdiyi cinayətlərə haqq qazandırmalarını ifşa etməyimiz və daha güclü olmağımız çox vacibdir.

Siyasət