Moldovanın Baş naziri Dorin Reçan Qüdsi Osmanovu fəxri diplomla təltif edib

post-img

Azərbaycan ilə Moldova arasında dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan tərəfdaşlıq daha da möhkəmlənəcək.

Bu sözləri Moldovanın Baş naziri Dorin Reçan Azərbaycanın bu ölkədəki səfiri kimi səlahiyyət müddəti başa çatan Qüdsi Osmanovla görüşündə söyləyib.

Dorin Reçan Azərbaycanın göstərdiyi dəstəyə görə dövlətimizə, şəxsən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Görüşün sonunda Qüdsi Osmanov diplomatik sahəsindəki uğurlu fəaliyyətinə, ikitərəfli əməkdaşlığın inkişafında şəxsi töhfəsinə görə Fəxri diplomla təltif edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu



Siyasət