BMTM-in rəhbəri: Okampo siyasi tapşırıqlar əsasında hazırladığı “ekspert rəyi”ni özü yazmayıb

post-img

Luis Moreno Okamponun siyasi tapşırıqlar əsasında hazırladığı “ekspert rəyi”ndə yer almış fikirləri özü yazmayıb. Onun rəyi ermənilər tərəfindən hazırlanıb.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Fərid Şəfiyev rəydə onun adının da keçdiyini qeyd edərək deyib: “Ermənilər bəzən mənim fikirlərimi təhrif edirlər”.

O diqqətə çatdırıb ki, hazırda münasibətlərin tənzimlənməsi Fransadan asılıdır. “Onlar buna təşəbbüs göstərməlidir. Buna baxmayaraq, Fransa ilə iqtisadi əməkdaşlığımız var. Bizi narahat edən Fransa ilə Ermənistanın hərbi əməkdaşlığıdır. Çünki əgər Ermənistan silahlanırsa, bunu kimə görə edir?”, - deyə o qeyd edib.

Siyasət