Fransa müstəmləkəsində fransızsayağı zorakılıq

post-img

Azərbaycanın media qurumları AZƏRTAC-ın əməkdaşına qarşı nalayiq rəftarı pisləyən bəyanatlar yayıb

Azərbaycan Mətbuat Şurası fransız müstəmləkəsi Yeni Kaledoniyaya ezam olunmuş AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı özbaşınalıqla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin ora ezam olun­muş Azərbaycan Dövlət İnformasiya Agentliyi­nin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı – Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fran­sanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və priniplərə, qətiyyən, məhəl qoymur. 

“Yeni Kaledoniya polisinin hərəkəti qəbu­ledilməzdir, tam yolverilməzdir. AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, “arzuolunmaz şəxs” kimi təyyarəyə mindirilərək, digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alın­masıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici du­rumdur”, – deyə sənəddə vurğulanıb.

Bəyanatda eyni zamanda bildirilib ki, Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azad­lığına qovuşmaq uğrundakı mücadiləsini işıq­landırmaq üçün ora səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə ye­tirmək istəyirdi: “Azərbaycan Mətbuat Şurası hesab edir ki, ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini dü­şündürməlidir.

Nəzərə alaq ki, bu xoşagəlməz olay – jurnalistin fəaliyyətinin zorakı üsul­larla məhdudlaşdırılması, nəinki Yeni Kaledoniyadakı, ümumən digər fran­sız müstəmləkələrindəki, habelə Fran­sanın özündəki nümayiş və mitinqləri işıqlandıran xarici media təmsilçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdır­maqdadır”. 

Mətbuat Şurası Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşı Ay­gün Həsənovaya qarşı klassik diktatu­ra quruluşlarının fəaliyyət dəst-xəttinə xas hərəkət və davranışını qətiyyətlə pisləyib və beynəlxalq təşkilatları, o cümlədən, beynəlxalq media qurumla­rını baş vermiş hadisəyə münasibətdə susqun qalmamağa çağırıb. Şura bu qənaətdədir ki, azərbaycanlı jurnalis­tin üzləşdiyi anti-insani hərəkətə layiqli hüquqi qiymətin verilməməsi cəzasız­lıq mühiti formalaşdırır. Belə bir mühi­tin mövcudluğu isə oxşar hadisələrin təkrarı üçün presedent yaradır. “Ona görə də, bütövlükdə, Makronun rəh­bərlik etdiyi fransız diktaturasının me­diaya, jurnalistikaya münasibətdə qəd­darlıqdan əl çəkməyə məcbur edilməsi şərtdir. Bu şərt isə yalnız mütərəqqi ictimaiyyətin səfərbərliyi, etirazı ilə ye­rinə yetirilə bilər” kimi fikirlərin əksini tapdığı bəyanatda, həmçinin baş ver­miş olayın günahkarlarının tezliklə ta­pılmaları və məsuliyyətə cəlb edilmələ­ri, ümumən, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi tələb edilib.

***

AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsə­novanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəa­liyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədil­məsini və polis bölməsində saxlanı­laraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin in­formasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətlən­dirir və qınayırıq. 

Bu barədə Medianın İnkişafı Agent­liyinin bəyanatında qeyd olunub ki, jur­nalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə mü­daxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək mü­şahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.

Vurğulanıb ki, bu, Fransada müxtə­lif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsil­çilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəl­miş növbəti addımdır. 

Bəyanat bu sözlərlə bitir: “Biz dün­yada ifadə azadlığının vəziyyətini qiy­mətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxalq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixti­saslaşmış QHT-lərin məsələyə münasi­bət bildirməsini tələb edirik”.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət