Azərbaycan ilə Kuba arasında siyasi məsləhətləşmələr

post-img

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Kubaya səfəri çərçivəsində iki ölkə xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrə Azərbaycan tərə­findən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kuba tərəfindən isə xarici işlər nazirinin müavini Elio Rodriqez Per­domo rəhbərlik edib. 

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, son müd­dətdə ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika, iq­tisadi-ticarət, səhiyyə, turizm, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əmək­daşlığın inkişaf etdirilməsi ətrafında mü­zakirələr aparılıb. 

Sonra iki ölkə arasında siyasi məs­ləhətləşmələr mexanizminin yaradılma­sına dair Anlaşma Memorandumu imza­lanıb. 

XQ

Son xəbərlər