Türkiyə rəsmiləri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik ediblər

post-img

Türkiyənin bir sıra dövlət qurumları və rəsmi şəxsləri 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik ediblər.

Təbrik mesajları X sosial media hesabında yayımlanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi hesabında edilən paylaşımda deyilir: “İki bədəndə bir can, Türkiyə-Azərbaycan! Qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü təbrik edir və nəcib Azərbaycan xalqını ürəkdən salamlayırıq. Qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Türkiyənin Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında isə bu mesaj yer alıb: “Müstəqilliyinin bərpasının 32-ci ildönümündə Can Azərbaycanı təbrik edirik!”.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş təbrik mesajında qeyd edib: “Can Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm. Sözü güclü, gücü təsirli bir Türkiyə yüz ili hədəfimizə Azərbaycanla çiyin-çiyinə gedirik. Birliyimiz əbədi olsun”.

Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan bildirib: “Qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Günü təbrik edir, birlik və bərabərliyimizin daha da möhkəmlənərək davam etməsini arzulayıram”.







Siyasət