Blinkenin “müharibə ssenarisi”ndə erməni izi

post-img

Xarici media ABŞ Dövlət katibinin adından “Azərbaycanın Ermənistana hərbi təcavüzü” versiyasını üfürür

“Azərbaycan yaxın həftələrdə Ermənistana hərbi müdaxilə edə bilər”. “Politiko”nun bu başlıqla dərc elədiyi informasiya ətrafında Qərbin, Rusiyanın, eləcə də Ermənistanın çap və elekron mediasında əməlli-başlı diskussiya aparılır. Haylara yaxınlığı ilə tanınan siyasi analitiklər, beynəlxalq ekspertlər, az qala, Azərbaycanın Ermənistana gözlənilən təcavüzünün qarşısının alınması variantları üzərində baş sındırır, çeşidli mülahizələr irəli sürürlər. 

Məlum informasiyanın mənbəyi kimi, ABŞ Dövlət katibi Antoni Blin­kenin konqresmenlərlə söhbətində, guya, irəli sürdüyü hipotezinə və xə­bərdarlığına istinadlar edilir. Dünyanın supergücünün baş diplomatı, doğru­danmı, belə bir fərziyəni dilinə gətirib? @bagramyan26-nın Birləşmiş Ştat­ların Ağ evə yaxın dairələrindən öy­rəndiyi səhih məlumata görə, belə bir diskussiya, həqiqətən də, olub, amma Blinken Bakının müharibəyə hazırlaş­ması “ssenarisi” ilə bağlı proqnoz–xə­bərdarlıq etməyib. “Politiko” mötəbərliyi şübhə doğuran xəbərinə bunları da əlavə etməyi “unutmayıb”: “Xüsusilə Ermənistanın Sünik cənub bölgəsi ilə bağlı narahatlıq yaşanır. Bu bölgəni Azərbaycan Zəngəzur dəhlizi, Prezi­dent İlham Əliyev isə “Qərbi Azərbay­can” adlandırır”.

***

Konqresmenlərlə telefon söhbəti­nin gedişində Antoni Blinken, sadəcə, Qarabağdakı mövcud vəziyyət, erməni sakinlərin bölgədən köçməsi, eləcə də hadisələrin bundan sonrakı inkişafının bir neçə mümkün variantı ətrafında fi­kirlərini konqresmenlərlə bölüşüb. “Po­litiko” isə guya, baxılan həmin variant­lardan biri kimi, Azərbaycanın Qarabağ problemini həll etdikdən sonra yenidən gərginlik yaradacağı və Ermənistanın cənub bölgəsinə hərbi təcavüz edə­cəyi barədə xəbər yayıb. Amma nəşr bir qədər də irəli gedərək, diskussiya iştirakçılarının bu ssenarinin ABŞ üçün qəbuledilməz olduğunu və hadisələrin məhz bu məcrada inkişafının qarşısı­nı almaq üçün konkret addımların atı­lacağını, hətta bu halda Vaşinqtonun Azərbaycan tərəfini məsuliyyətə cəlb etmək barədə düşünəcəyini söylədik­lərini qeyd edib. Dövlət katibi ilə telefon “sual-cavabı”nda kimlərin iştirak etdiyi­ni nəzərdən keçirsək, “Politiko”nun bu dezinformasiyanı yaymaqda hansı da­irələrə və məqsədlərə xidmət göstərdi­yi aydın olar. Deməli, telefon debatında iştirak edən “demokrat” konqresmenlər Nensi Pelosi, Anna Eşu və Frenk Pal­lonedir. Onların hər üçü qatı ermə­nipərəst mövqeləri ilə tanınırlar. Son il­lər Ermənistana çoxsaylı səfərlər edən və daşnak–revanşistlərin işğalçılıq siyasətinə açıq dəstək verən bu konq­resmenlərin “Azərbaycanın Zəngəzura hərbi müdaxilə edəcəyi barədə” Antoni Blinkenə sual ünvanlaması və bunun­la əlaqədar onu Bakıya təzyiq göstər­məyə çağırmaları qətiyyən təəccüblü deyil.

Beləliklə, qısa araşdırmadan sonra məlum olub ki, ABŞ Dövlət Departa­mentinin rəhbəri A.Blinken Azərbayca­nın yaxın həftələrdə Ermənistana hərbi müdaxiləsi barədə heç bir xəbərdar­lıq–filan etməyib, nəzərdən keçirilən humanitar xarakterli ssenarilərdən da­nışıb. 

***

Əlbəttə, “Politiko” nəşrinin bilərək­dən və ya təsadüfən yaydığı yanlış informasiya ətrafında qurulan “qızğın siyasi diskussiyalar, müzakirələr” heç də təsadüfi deyildir. Burada söhbət Azərbaycana qarşı media məkanında təşkil edilmiş qara piar kampaniyası­nın getdiyi şübhəsizdir. Təşkilatçıların məqsədlərindən biri də ABŞ Dövlət Departamenti tərəfindən hər il Azər­baycana hərbi yardımın ayrılmasını nəzərdə tutan razılaşmanın müddəti­nin uzadılmasına maneçilk törətmək ola bilər. 2002-ci ildən etibarən həmin müqavilə qüvvədə saxlanılır, amma onun müddəti bu ilin iyun ayında başa çatıb. 

Mövzu ilə bağlı qəzetimizə açıq­lama verən Beynəlxalq Münasi­bətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq Fərid Şəfiyev bu olayın ermənilərin növbəti təxribatı oldu­ğunu istisna etmədi: 

“Bu, ermənilərin Azərbaycana qar­şı apardıqları kampaniyanın tərkib hissəsidir. Onlar Qərbə sübut etməyə çalışırlar ki, Azərbaycan Ermənistana hücum barədə düşünür. Bu səbəb­dən, guya, dünya onları dəstəkləmə­lidir, yardım göstərməlidir və sairə. O ki qaldı, 907-ci düzəlişin qüvvədə saxlanılması ilə bağlı məsələyə, artıq iyirmi ildən çoxdur öz qüvvəsində qalır­dı. Düzdür, 1992-ci ildə Senatın qəbul etdiyi “Azadlığa dəstək Aktı”na həmin düzəliş hələ də ləğv edilməyib. Bəzi məlumatlara görə, ABŞ Dövlət Depar­tamenti bu il bunu etməyəcək. Buna səbəb kimi də Azərbaycanın, guya, “Dağlıq Qarabağ”a qarşı həyata keçir­diyi hərbi əməliyyatı” göstərirlər”. 

Baş verən olayların fonunda ABŞ-dakı erməni lobbiçilərin həm də özlərinin mövcudluğunu göstərməyə çalışdıqlarını bildirən F.Şəfiyev onla­rın Qarabağ məsələsi bitəndən sonra özlərinə məşğuliyyət axtardıqlarını dilə gətirir: “Ermənipərəst bir konqresmeni tutublar, ardınca Frenk Pallone gəlir. Həmin məqalədə onun da adı çəkilir. Əgər nəticə etibarı ilə Vaşinqton göstə­rilən yolu seçərsə, bu, o deməkdir ki, Cənubi Qafqazda Birləşmiş Ştatların rolu daha da zəifləyəcək. Çünki Azər­baycan nə sülh danışıqları platforma­sında, nə də, ümumiyyətlə, ABŞ-la hər hansı əməkdaşlığa meyil göstər­məyəcək. Hərbi əməkdaşlığa gəldikdə isə, əslində, bu müstəvidə tərəfdaşlığa Vaşinqton Bakıdan daha çox maraq göstərməlidir. Azərbaycan özünün hər­bi-sənaye potensialını hansı yolla güc­ləndirməyi bilir. Silah-sursat da, texnika da alırıq, hərbi qüdrətimizi də artırırıq. İndiki şəraitdə Ağ ev bu məsələdə ki­min udacağı, kimin isə uduzacağı su­alını özünə ünvanlasın. “Politiko”nun məqaləsi birbaşa təxribat xarakteri da­şıyır. Orada dezinformasiyanın olması şübhə doğurmur”. 

***

Verilən son məlumata əsasən, ABŞ Dövlət Departamenti “Politiko”nun A.Blinkenin çıxışına istinadla Azər­baycanın yaxın vaxtlarda Ermənistana hücum etmək ehtimalı barədə yaydığı informasiyanı şərh edib. Departamen­tin şərhində deyilir: “Birləşmiş Ştatlar bölgədə dayanıqlı və sabit, hamının hüquqlarına hörmət edildiyi sülhün əldə olunması üçün Azərbaycan və Ermə­nistan liderləri ilə ən yüksək səviyyədə işləməkdə davam edir. Güc tətbiqi yol­verilməzdir və uzun sürən münaqişə­nin nizamlanması üçün birbaşa dialoq zəruridir”. Departament Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini ifadə etməklə yanaşı, bu yöndə verilən sualı cavablandırıb, amma hər hansı açıqlamadan imtina edib. Sadəcə, onu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqlar gedir və pro­ses ümidvericidir.

“Politiko” isə Dövlət Departa­mentindəki “anonim” mənbəyə is­tinadla verdiyi məlumatında “Azər­baycanın özünün silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqa riayət edilməsinə, hərbi əməliyyatların apa­rılmasını, mülki əhalinin müdafiəsini tənzimləyən humanitar hüquqa təmi­nat verməsi, əks–təqdirdə buna görə də məsuliyyət daşıdığını” qeyd edir. Əgər dövriyyəyə buraxılan məlumatın hətta bir qismi özünün rəsmi təsdiqi­ni taparsa, bu, Vaşinqtonun İrəvan və Bakı arasında sülh danışıqlarında vasitəçilik missiyasına kölgə salması anlamına gələ bilər. Məhz ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blin­kenin moderatorluğu ilə bu il Vircini­yada baş tutan iki görüş sülh sazişinə aparan yolda Vaşinqtonun xoşməramlı jesti kimi qəbul olunur. İndiki mərhələ­də Vaşinqtonun erməni lobbiçilərinin, diasporun təzyiqi ilə özünün bu mis­siyasından vaz keçməsi inandırıcı gö­rünmür. 

***

Yeri gəlmişkən, həmin Frenk Pallo­ne oktyabrın 11-də özünün “X” sosial səhifə hesabında “İlham Əliyev Cənubi Ermənistanı ələ keçirmək məqsədi ilə irəliləyir” iddiasını paylaşmışdı. Onun bu açıqlaması feyk-müzakirənin təşəb­büskarının kimliyini ortaya qoyur. Bu faktın özü “hərbi təcavüz” versiyası­nın kimin ortaya atdığı və onu media­ya kimlərin “sızdırdığı” barədə aydın təsəvvürün yaranmasına kömək edir. Bu qarayaxma kampaniyasına görə adlarını çəkdiyimiz konqresmenlərin erməni lobbisindən hansı miqdarda rüşvət alındığını isə yalnız ehtimal edə bilərik.

Bu məqamda onu da qeyd etməyi zəruri sayırıq ki, “telefon müzakirəsi­nin” mediaya “sızması” (sızdırılması) da çox maraqlıdır. Çox güman ki, “ano­nim mənbə” erməni lobbisinin sifarişinə uyğun olaraq, bu müzakirəni Dövlət Departamenti ilə aparan həmin ermə­nipərəst konqresmenlərdir. ABŞ Pre­zidentinə Azərbaycana hərbi yardımın dayandırılması barədə məktub ünvan­layan haypərəst konqresmenlər fəaliy­yətlərini bir az da genişləndirərək, indi dünya ictimaiyyətində ölkəmiz barədə “işğalçı dövlət” təəssüratını formalaş­dırmağa cəhdlər edirlər.

Azərbaycanın okeanın o tayındakı bədxahlarının niyyət və məramları bizə çoxdan bəllidir. Onlar bütün “qüvvələri” səfərbər edib, ölkəmizə qarşı total de­zinformasiya, qarayaxma ilə müşayiət olunan siyasi şantaj yolunu seçiblər. Bəli, hər şeydən göründüyü kimi, Qərb­də Azərbaycana qarşı genişmiqyaslı və təhlükəli kampaniyaya start verilib və buraya korrupsiyaya uğramış qara­güruh media da cəlb olunub. 

Son vaxtlar BMT, Aİ, BƏM, AŞ­PA-da Azərbaycan əleyhinə qəbul edilən qətnamə, qərar və bəyanatları da nəzərə alsaq, “hücumun” hərəkət­verici qüvvələrinin xarakteri və mən­zərəsi tam aydın olar. 

İ.HƏSƏNQALA
XQ





Siyasət