Türkiyə bölgədə sülh və təhlükəsizliyin qarantıdır

post-img

Türkiyənin xarici siyasəti hər zaman dinamikliyi və qətiyyətliliyi ilə fərqlənib. Qardaş ölkə, təbii ki, zamanın çağırışları fonunda öz milli maraqlarına uyğun hərəkət edib. Bununla bərabər, humanizm və bəşəri əxlaq prinsipləri heç vaxt arxa plana keçməyib. 

Hər dövrün öz hökmü, diktəsi var. Son aylar Türkiyənin xarici siyasət kursunda müəyyən dəyişikliklər baş verir. Belə ki, rəsmi Ankara indi yaxın və uzaq dövlətlərlə kəskin rəqa­bətdən daha çox hərtərəfli əməkdaşlığa üstünlük verməyə çalışır.

Türkiyə böyük dövlətçilik ənənələ­rinə malik dövlətdir. Regionda və dünyada baş verən proseslər, onların mümkün təsirləri diqqətlə araşdırılır və xarici siyasətin prioritetləri müəyyən edilir. 

İki gün əvvəl Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurası­nın (MTŞ) fövqəladə iclası keçirilib. Diqqətə çatdırılıb ki, bölgədə sülh və təhlükəsizliyin təmin olunması Ankara üçün həyati əhəmiyyət kəsb edir.

MTŞ-nin iclasla bağlı ictimaiyyət üçün açıqladığı sənəddə deyilir ki, Türkiyənin xarici siyasətində Kərkükdə sülhün qorunması, İraqdakı terrorçu qrupların məhv edilməsi, Ermənistan–Azərbaycan münaqişəsinin ədalətli həlli və s. məsələlər prioritet təşkil edir.

Bəyanatda, həmçinin bildirilir ki, Ankara həm regionda, həm də NATO missiyasının komandanlığını tezliklə öz üzərinə götürəcəyi Kosovoda sülh və sabitliyin qorunması üçün maksi­mum səy göstərir və bundan sonra da göstərəcək. Eyni zamanda, Ankara Azərbaycan iqtidarının Cənubi Qafqaz­da davamlı sülhə və sabitliyə nail ol­maq üçün həyata keçiridiyi siyasəti bir­mənalı olaraq dəstəkləməkdə davam edəcək.

Bütün tərəflərə, xüsusən də Ermə­nistana xatırladılıb ki, Cənubi Qafqaz­da davamlı sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suve­renliyinin qeyd-şərtsiz bərqərar olun­ması ilə açıla bilər. 

Məlum olduğu kimi, son günlər ər­zində Ermənistan silahlı qüvvələrinin Qarabağda törətdiyi təxribatlardan sonra Azərbaycan antiterror addımları atmağa vadar olub və 24 saat ərzində qarşısına qoyduğu hədəflərə nail olub. 

Bakının qətiyyətli və prinsipial mövqeyi bütün Turan ellərində böyük məmnunluq hissilə qarşılanıb. Bö­yük bir coğrafi ərazidə türk dövlətləri və xalqlarının bütün sahələrdə sıx əməkdalığı üçün yeni üfüqlər açılır. Zəngəzur dəhlizinin açılması ilə bu əməkdaşlıq daha yüksək səviyyəyə çatdırılacaq. 

Şimali Kipr probleminin ədalətli həlli bütün türk xalqlarını çox düşündürür. BMT sülhməramlıları Kiprin türk icma­sına qarşı ara-sıra qanunazidd, ikiüzlü hərəkətlərə yol verirlər. MTŞ onların tərəfsizlik prinsipinə əməl etmədiklərini bildirib: “Bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) səlahiyyətliləri ilə yazılı razılaşma yolu ilə sülhməramlı qüvvələrin fəaliyyəti üçün hüquqi baza yaradılmalıdır”.

Bu ayın əvvəlində Kiprdəki BMT-nin sülhməramlı qüvvələri Lefkoşada “yaşıl xətlə” həmsərhəd ŞKTC-yə aid ərazidə Təhlükəsizlik Qüvvələri Ko­mandanlığının (TQK) əsgərlərinə hü­cum etməyə cəhd göstərib. BMT-nin yerdəki nümayəndələri ərazidə huma­nitar yol tikintisinə də qərəzli yanaşıb­lar, Kiprin yunan administrasiyasına isə əksinə güzəştlər ediblər. 

Türkiyə BMT rəhbərliyini qətiyyət­lə “qərəzsizliyə” çağırıb. Xatırladaq ki, Ankara adadakı yunan administrasiya­sını dövlət olaraq tanımır. Lakin Avro­pa İttifaqı yunan Kiprinə hər cür siyasi dəstək verməkdə davam edir. 

Türkiyə Liviyada da sabitliyin qorun­ması üçün bu ölkənin daxilindəki siyasi qüvvələrlə balanslı və ədalətli şəkil­də işləyir. Sentyabrın 10-da Liviyanın Aralıq dənizinin şərq sahillərini vuran “Daniel” qasırğası Benqazi, Əl-Bayda və Əl-Mərc şəhərləri ilə yanaşı, Susa və Dernada da daşqınlara səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı 4000-ə yaxın insanın öldüyünü, çoxunun isə itkin düşdüyünü bildirib. 

Fəxrlə bildirmək olar ki, Türkiyə dövləti qasırğanın fəsadlarını aradan qaldırmaq və əhaliyə hərtərəfli yardım göstərmək üçün Liviyaya ilk humanitar yardım göndərən dövlətlərdən biridir. Bəli, türklər heç vaxt dostlarını dar­da qoymurlar. Türk ruhu bunu özünə rəva görməz. Bu, həm də mənəviyyat məsələdidir. 

Şahbaz ŞAMIOĞLU,
Bakı Slavyan Universitetinin professoru, siyasi şərhçi

- Qeyd etmək lazımdır ki, bir neçə ay əvvəl Türkiyədə keçirilən son prezident seçkilərindən sonra qardaş ölkənin xarici siyasətində aktivləşmə müşahidə olunur. Bu da səbəbsiz deyil. Planetimizdə yeni dünya düzəni formalaşır. Gecikmək olmaz. 

Çağdaş dünyanın ən güclü və qüdrətli dövlətlərindən olan Tür­kiyənin beynəlxalq arenada özünə layiqli yer tutması son dərəcə vacib­dir. Təəssüf ki, müasir dünyada qa­nunun gücü yoxdur, gücün qanunu var. Belə çətin şəraitdə belə Türkiyə dövləti prinsipial və ədalətli mövqe sərgiləyir. 

Türkiyə iqtidarı indi təkcə Afri­ka və Yaxın Şərqdə deyil, eyni za­manda Cənubi Qafqazda, eləcə də Orta Asiyada fəaldır. Türkiyə böyük bir ərazidə “yumşaq güc”ə sahibdir. Türkiyə hazırda qlobal siyasətə təsir göstərən bilən əsas aktorlardan bi­rinə çevrilib.

Prezident Rəcəb Tayyib Ərdo­ğan müasir dünyanın ən müdrik və xarizmatik liderlərindən biridir. Tür­kiyə lideri hər zaman haqqın-ədalə­tin yanındadır. Dünyaya sülh mesaj­ları verir. Dünya bunun fərqindədir və yüksək dəyərləndirir. 

Türkiyə dövləti bu gün region və bütün dünya ilə sıx əməkdaşlığa hazırdır. Bu çox vacib məqamdır. Çünki xalqlar və dövlətlər əsasın­da qarşılıqlı inam və etimad bu gün bəşəriyyətin təhlükəsizliyi üçün ha­va-su kimi lazımdır. Türkiyə sülh və ədalət yolunu tutub. Necə deyərlər, Allaha əmanət, Türkiyə! Səninlə qü­rur duyuruq!

C.CƏFƏRLİ,
M.HACIXANLI
XQ





Siyasət