XİN: Ermənistan hərbi və siyasi təxribatlara son qoymalıdır

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 7-də hökumətin iclasında Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi, guya Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir. 

Bu barədə Azərbaycan XİN-nin Ermənis­tanın baş nazirinin hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir. 

“Bölgədə təhlükəsizliyə əsl hədənin Er­mənistan tərəfindən hərbi-siyasi təxribat­ların davam etməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı baş nazir daxil olmaqla Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azər­baycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur. Bölgədə sülh və təhlükəsizli­yin bərqərar olması üçün Ermənistan tərə­fi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətin­də törədilən maneçilikləri dayandırmalıdır”, - deyə şərhdə qeyd edilib. 

XQ

Siyasət