İrəvandan növbəti ağ yalan

post-img

“Azərbaycana ərazi iddiası olmayıb”

Məqsəd, guya, “Qarabağ xalqı”nın hüquq və azadlığının qorunması imiş. Bu cəfəngiyyatı avqustun 31-də https://ru.armeniasputnik.am/ xəbər portalı yayıb. 

“Rəsmi İrəvan Rusiya Xarici İşlər Nazirliyi nümayəndəsinin Laçın dəh­lizindəki vəziyyət barədə bəyanatına reaksiya vermişdir” adlı analitik məlu­matda deyilir ki, Mariya Zaxarovanın in­diki vəziyyətə görə, Ermənistanı ittiham etməsi əsassızdır. Xatırladaq ki, Mari­ya Zaxarova regiondakı son hadisələr barədə danışarkən demişdir ki, vəziy­yətin mürəkkəbləşməsinin əsas səbəbi Ermənistan rəhbərliyinin 2022-ci ilin ok­tyabrında Paris Bəyannaməsinə imza atmasıdır. Həmin sənədə görə, Ermə­nistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Məhz həmin “tanımadan” sonra Azərbaycan Qarabağı öz ərazisi kimi nəzarət altına almağa başlayıb. 

Rəsmi İrəvan Mariya Zaxarovaya xatırladır ki, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanı­ması haqqında deyilənlər absurddur: “Axı rəsmi İrəvan heç zaman Azərbay­cana ərazi iddiası etməyib. Qarabağ problemi heç zaman ərazi mübahisə­si olmayıb. Elə bir iddiamız yoxdursa, onda bizim həmin tanımaya imza atma­ğımıza nə ehtiyac var ki?” 

Rəzilcəsinə və riyakarcasına yazır­lar ki, biz 1988-ci ildən bəri Qarabağ er­mənilərinin hüquq və təhlükəsizliyinin qorunmasına çalışmışıq: “Bunu dəqiq qiymətləndirmək üçün hadisələrin xro­nologiyasına nəzarət etmək kifayətdir”. 

Erməni yalan “maşını” əlavə edir: “Azərbaycan tərəfi İrəvan rəhbərliyinin razılaşdığı sənədlərin heç birinin real­laşdırılmasına imkan vermir və üstəlik, Ermənistanla Qarabağ mövzulu heç bir məsələni müzakirə etməyəcəyini bildi­rir... Rusiya isə dediyi sözün üstündə durmur. Ona görə də Mariya Zaxarova­nın İrəvanı qınaması əsassızdır”.

İttifaq MİRZƏBƏYLİ, XQ

Siyasət