Fransa Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

post-img

Ərazimizə daxil olmaq üçün, ilk növbədə, müvafiq icazə alınmalıdır

Görkəmli şairimiz Mirzə Ələkbər Sabir bir zamanlar yazırdı ki, çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Yazımızı Sabirin “Fisincan” şeirindən bir beyt gətirməklə başlamağımız təsadüfi deyil. Məsələ ondadır ki, vaxt ötdükcə Fransanın “humanitar məqsədlər üçün” Qarabağa aparmaq istədiyi “yardım karvanı” ilə bağlı əsl həqiqətlər də gün işığına çıxır.

Məlum olur ki, yükləri sərhədimizə doğru gətirən TIR-lar heç də Parisdən, yaxud Fransanın hansısa regionunun və departamentinin mərkəzindən yola salınmayıb. Çox böyük ehtimalla həmin yüklər maşınlara elə Ermənistanda dol­durulub. Ümumiyyətlə, yük maşınlarının dolu olub-olmadığı məlum deyil.

Burada bir haşiyə çıxmaq istərdik. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin avqustun 29-da Qarabağda yaşayan ermənilər üçün göndərdiyi 40 ton un­dan ibarət humanitar yardım aparan iki TIR-ın qapıları açılaraq yüklər me­diaya nümayiş etdirildi. Üstəlik, onların keyfiyyət sertifikatı Ağdam-Xankəndi yolunun girişindəki Əsgəran postunda Rusiya sülhməramlılarına təqdim edildi. Fransanın aparmaq istədiyi “humanitar yardım”la bağlı isə bu sözləri demək mümkün deyil. Ermənilər haray-həşir salmağa adətkərdə olublar. Bu məntiqlə yanaşdıqda onlar yük maşınlarının qa­pılarını taybatay açmalı, orada olanları nümayiş etdirməli idilər. Azərbaycanı hər məqamda qaralamağa çalışan hay­lar üçün bu fürsət lap göydəndüşmə idi. Ancaq onların bunu etməməsi yük ma­şınlarının boş olmasının daha bir sübu­tudur.

Digər tərəfdən, ötən sayımızda qeyd etdiyimiz kimi, Fransa rəsmiləri karvanın indiki şərtlər daxilində Qara­bağa daxil olmasının qeyri-mümkün olduğunu çox yaxşı bilirdilər. Ən azı ortada Ermənistanın baş tutmamış təx­ribatı var. Belə ki, iyulun 26-da İrəvan da oxşar təxribata əl atmışdı. İyulun 25-də Moskvada Rusiyanın Xarici iş­lər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdən bir gün sonra baş nazir Nikol Paşinyan hö­kumətin iclasında Qarabağa “humanitar yardım karvanı” göndərəcəklərini bildir­mişdi. Bunun ardınca təxribatçı addım atılmış, karvan Qarabağ istiqamətində yola düşmüşdü. Ancaq Azərbaycan tərəfi qonşu dövlətin ölkəmizlə razılaş­dırmadan atdığı bu təxribatçı addımın qarşısını almışdı. Qarabağa nə apardı­ğı, ümumiyyətlə boş və ya dolu olduğu bilinməyən “Spayka” şirkətinə məxsus TIR-lar indiyədək Laçın yolunun giri­şində gözləməkdədirlər. İndi isə onların sırasına üzərinə fransızca yazılar yazıl­mış yük maşınları qoşulub.

Əgər fransızlar Qarabağdakı erməni əhaliyə yardım çatdırmaqda həqiqətən səmimi olsaydılar, bu məsələdə hay “bacı”larından ibrət götürərdilər.

Burada gündəmə gələn məsələlər­dən biri də Fransanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri üzərində suverenliyini tanı­yıb-tanımaması ilə bağlıdır. Rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü tanıdı­ğını bəyan edib. Əgər tanıyırsa, gərək əvvəlcə sürücülər və yükləri müşayiət edən şəxslər üçün viza alardı. Fran­sa ilə Azərbaycan arasında viza rejimi mövcuddur. Viza olmadan Azərbaycan ərazilərinə necə daxil olacaqlar? Hətta sürücülər və onları müşayiət edən şəxs­lər Ağdam-Xankəndi yolundan keçəsi olsalar belə viza lazımdır. Azərbaycan ərazisinə istədikləri qaydada daxil olub çıxa biləcəklərini güman edən fransız rəsmiləri Fransa ərazisinə viza alma­dan daxil olmağı təsəvvür edə bilərlər­mi? Görəsən, bu insanlar bizi nə hesab edirlər?

İşğal dövründə Qarabağ tamamilə nəzarətdən kənar ərazi idi. Kim istəyirdi keçmiş Laçın dəhlizi vasitəsilə Qaraba­ğa daxil olur, kim istəyirdi çıxırdı. Ermə­nilər dünyanın hər yerindəki dostlarını, lobbiçilərini Qarabağda qonaq edirdilər. Onlar da cənnət Qarabağda gəzib-do­laşır, yeyib-içir, foto-video çəkdirib bizə acıq verirdilər. Qarabağ daha nəzarət­siz ərazi deyil. Köhnə əyyamlar arxada qaldı. Zənnimizcə, bu yerdə Prezident İlham Əliyevin iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim etdikdən sonrakı çıxışından iqtibas gə­tirmək yerinə düşər: “Ancaq bununla bərabər, biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edil­mişdir. Tarixi abidələrimiz dağıdılmış­dır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bi­zim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ic­timaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yer­lərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onla­rın ayağını biz qırdıq. Çünki İkinci Qa­rabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları burax­mayacaqdıq. Bu gün də deyirəm, hünə­riniz varsa gəlin, görək sonra axırınız nə olacaq?”

Bəli, Qarabağ beynəlxalq hüquqla da, tarixən də Azərbaycanın ərazisidir. Dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hətta baş na­zir seçildikdən az sonra Xankəndiyə gə­lib, mərkəzi meydanda çıxış edib “Qa­rabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın baş naziri Nikol Paşinyan mayın 23-də Azərbaycanın Qarabağa daxil olmaqla ərazi bütövlüyünü tanıdı­ğını bəyan edib. Bu baxımdan fransızlar da ölkəmizin ərazi bütövlüyünə hörmət­lə yanaşmağı öyrənməlidirlər. Azərbay­can ərazisinə daxil olmaq üçün ilk növ­bədə rəsmi Bakıdan icazə alınmalıdır. Ancaq icazənin alınması belə Qaraba­ğa hansısa ölkədən yüklərin gətiriləcəyi anlamına gəlmir. Azərbaycan 1990-cı illərin əvvəllərindəki xarici humanitar yardımlardan asılı ölkə deyil. Bu gün Azərbaycan güclü, qüdrətli dövlətdir. Ölkəmizin iqtisadi gücü Qarabağın er­məni sakinlərinin ehtiyaclarını qarşıla­mağa imkan verir. İndi Azərbaycan döv­lətinin olduğu yerdə hansısa ölkələrdən Qarabağa yardım gətirilməsinə ehtiyac duyulmur. Bunu ara qarışdırmaqla məş­ğul olan fransızların sırğa edib qulaqla­rından asmaları lazımdır.

Sahib MƏMMƏDOV,
QHT sədri

– Humanitar missiyanın arxa­sında siyasət dayanırsa, bu, ar­tıq humanizmdən çıxır və siyasət olur. Fransanın məqsədi, doğrudan da, Qarabağda “aclıqdan əziy­yət çəkən” erməni əhaliyə yardım aparmaq idisə, o zaman TIR-ların üzərində Azərbaycan dövlətinin ərazi bütövlüyü əleyhinə yazılar ya­zılmalı deyildi. İkincisi, Fransa hak­miyyəti humanitar yük adlandırdıq­ları yükləri Azərbaycan ərazisinə keçirmək üçün əvvəlcədən razı­laşma əldə etməli, sənəd rəsmiləş­dirmələri (viza, beynəlxalq yükda­şımalara uyğun sığorta sənədləri, ərzaq və istehlak mallarının key­fiyyət sertifikatı və sair) aparmalı idi. Fransa yüklərin Azərbaycanın müvafiq qurumlarının müəyyən etdiyi marşrutla daşınmasına razı­laşmalı idi. Ancaq Parisin məqsədi tamamilə başqadır. Elə ediblər ki, özünə hörmət edən dövlət bu yük­ləri suveren ərazisinə buraxmasın. Onların “humanitar yardım” təx­ribatına ən yaxşı cavab isə bizim Ağdam-Xankəndi yolu ilə yardım göndərməyimiz oldu.

Muxtar MUSTAFAYEV,
Vəkillər Kollegiyasının üzvü 

– Həmin yüklərin daşındığı vi­deolara mən də baxmışam. Yük maşınlarının üzərinə riyakarcasına “humanitar vəziyyətin pis olması” səbəbindən “Artsax”a aparıldığı yazılıb. Fransızların və ermənilə­rin məqsədi bəllidir. Onlar Azər­baycanın, guya, humanitar yükləri Qarabağa buraxmadığı, bölgənin erməni əhalisini “acından qırdığı” kimi beynəlxalq ictimaiyyətdə sax­ta rəy yaratmaq istəyirlər. Eyni za­manda, bundan sonrakı addımları üçün yararlanmaq niyyətindədirlər. Məlumat var ki, Fransa BMT Təh­lükəsizlik Şurasında Azərbaycanla bağlı qərəzli qətnamənin qəbuluna hazırlaşır. Yüklərin Laçın yolunun girəcəyində qalmasından BMT TŞ-dəki müzakirələr zamanı əllərini gücləndirmək üçün istifadə niyyəti güdürlər. Bütün bunlar aydındır.

Ancaq buna qarşı bizim də ata biləcəyimiz addımlar var. Ola bilsin ki, bu maşınlarda heç bir yük yox­dur. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Azərbaycan sərhə­dinə gətirilib. Ancaq əgər TIR-lar dolu olmuş olsa belə, əvvəla, yük­lərin haradan gəldiyi araşdırılmalı­dır. Aydındır ki, onlar hava yolu ilə yox, hansısa ölkələrin ərazisindən keçməklə gəlib. Beynəlxalq yükda­şımanın bütün dövlətlər tərəfindən qəbul olunmuş şərtləri var. Yük­lərin gömrük-yük bəyannamələri, yük-müşayiət sənədləri olmalıdır. Yüklər ərazisində olduqları ölkələrin gömrük orqanlarının nəzarətindən keçməlidir. Bu məsələ ciddi araşdı­rılmalıdır. Dərhal müvafiq qurumlar tərəfindən sorğular göndərilməli və məlumat tələb edilməldir. Media subyektlərində yayılan videolara baxdıqda yük maşınlarının bəziləri­nin seriya nömrələrini görmək olar. Ölkələrə sorğu verilməlidir ki, bu yük maşınları sizin sərhədinizi nə vaxt keçib və yük-müşayiət sənəd­lərində son məntəqə hara nəzərdə tutulmuşdu? Onlara bildirilməlidir ki, Ermənistandan keçməklə Azər­baycan ərazisinə yüklərin daşın­ması qadağandır. Fransanın bu hərəkəti ölkəmizə qarşı törədilmiş böyük bir diversiyadır. Biz bunun qarşısını sərt şəkildə almalıyıq.

Səxavət HƏMİD, XQ





Siyasət