Şarl Mişelin mətbuat katibinin bəyanatına XİN-dən cavab

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı sentyabrın 1-də yaydığı bəyanata münasibət bildirib.

XİN-dən XQ-yə verilən məlumata görə, Avropa İttifaqı tərəfindən bildirildi­yi kimi, 2023-cü il iyulun 15-də Brüs­seldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Er­mənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq aparıl­mış danışıqlardan sonra Azərbaycanın Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, habelə Ağ­dam-Xankəndi yolunun açılmasına pa­ralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırıl­mışdı.

Buna baxmayaraq, Ermənistanın qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sür­məsi ilə əldə olunmuş razılıqdan boyun qaçırması sözügedən razılığın icrasına maneə törətdi.

“Həmçinin xatırlatmaq istərdik ki, cari ilin avqust ayının əvvəlində Azər­baycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri ara­sında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfi bu görüşdən imtina etdi.

Təəssüflər olsun ki, iyulun 15-dən bu günədək Ermənistan və onun qon­darma rejimi sözügedən üçtərəfli görüş çərçivəsində razılaşdırılmış bu gündəli­yin icrasına və irəli aparılmasına mane olmaqda davam edərək, bu istiqamət­də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların səylərini heçə endirir. Azərbaycan Ermənistana iki ölkə tərə­findən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunul­mazlığının qarşılıqlı tanınması və hör­mət edilməsi əsasında sülh təklif edib. Digər istiqamətdə isə Azərbaycan Qa­rabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasın­da nəzərdə tutulmuş hüquq və azad­lıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qə­rarlıdır. Azərbaycan bütün bu istiqamət­lərə sadiqliyini nümayiş etdirməklə ya­naşı, Ermənistan tərəfinin davam edən hərbi-siyasi təxribatları kontekstində, öz suverenliyini və ərazi bütövlüyü­nü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır”, - deyə XİN-in şərhində vur­ğulanıb. 

XQ

Siyasət